30.11.2016

Rik Sterlinq: Sakinlər Krımın Rusiyaya birləşdirilməsindən razıdırlar

"Rus aqressiyası- mifdən başqa bir şey deyil"

Amerikalı jurnalist Rik Sterlinq Krımda olmuşdur və təəssüratlarını bölüşmüşdür. Onun müşahidələrinə görə, sakinlər Krımın Rusiyaya birləşdirilməsindən razıdırlar. avrasiya.info saytının verdiyi xəbərə görə, krımlılar jurnalistlə söhbətlərində bildirmişlər ki, Krımın birləşdirilməsi iddia edildiyi kimi, Rusiya “aqressiyası” sayəsində yox, ultra-millətçilərin xarici ölkələrin dəstəyi ilə Ukraynada çevriliş törətməsi nəticəsində baş vermişdir. Sterlinqin fikrincə, konfliktin qızışdırılması ilə Rusiya yox, məhz ABŞ məşğul olur. “Rusiya yox, məhz ABŞ və müttəfiqləri diplomatiya əvəzinə konfliktlərin qızışdırılması və silahlandırma ilə məşğuldurlar. Rus aqressiyası- mifdən başqa bir şey deyil!”- jurnalistin gəldiyi nəticə belədir.

Комментариев нет:

Отправить комментарий