«Bakıda böyük "qardaşlıq qəbiristanlığı" tikilir. Tikilən monolit binalarda çox aşağı keyfiyyətli armaturdan istifadə olunur. Bu armatur Bakının seysmik şəraitinə qətiyyən cavab vermir. Bakı seysmik zona hesab olunur. Rixter cədvəlinə uyğun olaraq xüsusi dərəcə sistemi mövcuddur, 3 baldan 7 bala qədər, 7 baldan 9 bala qədər və 9 baldan 12,5 bala qədər. Bakı digər şəhərlərdən, Moskvadan, Sankt-Peterburqdan fərqlənir, məsələn, Rusiyanın mərkəzi hissəsinin seysmik təhlükəsi cəmi 2 bal gücündə qiymətləndirilir, amma Bakıda hər gün 9 bal gücündə zəlzələnin baş vermə ehtimalı var. Binalar həm də keyfiyyətsiz sementdən tikilir. Sement müxtəlif möhkəmlik dərəcəsinə malik olur. Bunlar müvafiq indekslərdir- 100, 150, 200, 300, 400, 500. Bakıda əsasən möhkəmlik dərəcəsi 200 olan sementdən istifadə olunur. Belə sement monolit tikililərə uyğun gəlmir. Əslində, Bakının seysmik şəraiti ilə əlaqədar Yaponiyada olduğu kimi yalnız üzən özülə malik olan monolit binalar tikilməlidir. Bakının hər yerində Ukrayna armaturundan istifadə olunur ki, bu da yeddi mərtəbədən hündür binanın tikintisi üçün nəzərdə tutulmayıb. Yaxud da Sumqayıtda istehsal olunan armaturdan istifadə edilir ki, bu da tullantılardan hazırlanır və keyfiyyəti çox aşağıdır. Bakıda təmiz türk və Pakistan texnologiyaları üstünlük təşkil edir, amma məhz elə bu ölkələrdə heç də güclü olmayan zəlzələlər baş verdikdə keyfiyyətsiz tikinti üzündən dağıntılar və təlafat çox olur. Mən hesab edirəm ki, belə tikintilər dərhal dayandırılmalı və bakılılar üçün qəbiristanlıq tikilməsinə icazə verilməməlidir».
Söyün Sadıqov
Комментариев нет:
Отправить комментарий