İslamazeri.az-ın "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-ın Virciniya ştatının Qanunverici İclası Senatının üzvü, respublikaçı Riçard Blek bildirib ki, əgər Rusiya Federasiyasının yardımı olmasaydı, o zaman İŞİD terror təşkilatı silahlıları çoxdan Dəməşq üzərindəki nəzarəti ələ keçirmiş olardı.
Onun sözlərinə görə, həm Rusiya, həm də Suriya çox gözəl başa düşürlər ki, heç bir "mülayim" müxalifət yoxdur. Bütün qruplaşmalar isə necə olsa da "Əl-Qaidə" ilə əlaqəlidirlər.
"Hazırda Hələbdə dünyanın son 25 ildəki ən böyük və mühüm döyüşü gedir. Rusiya və Suriya hərbçiləri Suriya xalqının həyatı və azadlığı üçün qəhrəmancasına vuruşurlar. Palmiranın azad edilməsi uğrunda öz canını vermiş Aleksandr Proxorenkonun qəhrəmanlığı xüsusi diqqətə layiqdir.", - deyə siyasətçi bildirib.
Qeyd etmək lazımdır ki, 2016-cı ilin aprel ayında Riçard Blek Suriyaya səfər etmişdi. O, orada ölkə prezidenti Bəşər Əsədlə görüşmüşdü.
O zaman respublikaçı bildirmişdi ki, amerika xalqı Suriyada təkcə ayrı-ayrı siyasətçilər və siyasi dairələrin təqdim etdiklərini yox, həqiqətdə nələrin baş verdiyini bilməlidir.
Комментариев нет:
Отправить комментарий