27.11.2016

Restoranlara “krışalıq” edən Nüsrət Şirinov kimdir?

Azərbaycanda uzun illər davam edən özəlləşdirmə prosesi zamanı çoxlu sayda qanunsuzluqlar, özbaşınalıqlar baş verib. Rüşvət və korrupsiyanın, ədalətsizliyin ön plana çıxması ilə yadda qalan bu prosesdə, dövlət əmlakı sözün əsl mənasında talan olunub, əksər hallarda özəlləşməyə çıxarılan əmlak onu əldə etmək hüququ olan şəxslərə deyil, tamami ilə kənar adamlara satılıb. Bu zaman nəinki vətəndaşların qanunla qorunan hüquqlarına, hətta ən elementar əxlaq normalarına belə riayyət olunmayıb. Özəlləşdirmə zamanı insanların haqlarının açıq şəkildə tapdandığına, səhm almaq hüququ olanların zorbalıqla prosesdən kənarda saxlandığına dair istənilən qədər faktlar göstərmək olar…
Bu cür qanunsuzluqlar, cinayətlər hesabına hazırda milyoncu olan, oliqarx kimi təqdim edilən kifayət qədər keçmişi dələduz olan “iş adamı” mövcuddur. Adi bir oğru kimi min cür fırıldaqla başqalarının və dövlətin əmlakını ələ keçirən bu dələduzlar hazırda əyinlərinə bahalı kostym geyib, boyunlarına qalstuk taxaraq, milyonluq obyektlərə sahiblik edir, villalarda yaşayır, özlərini elitanın təmsilçiləri kimi təqdim edirlər.
Bu talançıların sırasına xüsusəndə nazir oliqarxları əlavə etmək olar. Bildiyiniz kimi Azərbaycanda hər bir nazirin, başqa.başqa şəxslərin adına rəsmləşdirdiyi minlərlə əmlaklar var. Xüsusəndə gözə çarpan nazirlər sırasında Kamaləddin Heydərovu ilk sıralarda göstərmək olar. Kamaləddin Heydərovun yüzlərlə biznesə sahib olduğu barədə dəfələrlə mətbuatda xəbərlər yayılmışdır. Lakin hər zaman “sudan quru çıxan” Ramil Usubovun heç bir biznesi mətbuatda bugünə kimi işıqlanmamışdır.
Bu məqaləmdə Ramil Usubovun restoran biznesi sahəsinə toxunmaq istəyirəm…
Ramil Usubovun bütün sahib olduğu restoran biznesi “Restoranlar kralı” kimi tanınan Tahir və Elxan adlı iki qardaşın adına rəsmləşdirilib. Məlumat üçün qeyd edim ki, Elxan Qasımov 90-cı ilin əvəllərinə kimi dükanda satıcı olaraq işləyib. Qardaşıda onun kimi, bir zavodda usta olaraq çalışıb. Sonradan sovetlər birliyi dağıldıqdan sonra və əliyev rejimi dövlətimizi zəbt etdikdən sonra birdən-birə yüksələn bu qardaşların “Xan Bağı”, “Şuşa”, “Çanaqqala”, “Xan qızı”, “Xarı bülbül” və sair kimi restoranları əmələ gəlir.
Bunlara isə “krışalıq” edən daim Nüsrət Şirinov olmuşdur. Məlumat üçün qeyd edim ki, Nüsrət Şirinov Ramil Usubovun qaynı olmaqla, Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisidir, general-mayordur. Bundan əvvəl uzun müddət Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəis müavini vəzifəsində işləyib. Ramil Usubovun vəzifə aparatda bölgüsü biznesinə və digər biznes sahələrinə nəzarəti məhz bu şəxs həyata keçirdir.

Tural Məhərrəmov                              edaletsizlik.com

Комментариев нет:

Отправить комментарий