18.11.2016

Rafael Həbiboglu - Gəlsin

Sənə tərəf gələn dərdi,
Mənə tərəf döndər gəlsin.
Qabağına çıxanların,
Birinə ver, göndər gəlsin.

Kimdən istəyirsən yolla,
Yalvar, dilə tut bir yolla.
Sapanda qoy, göyə tulla,
Təki dərdim səndən gəlsin.

Vaxtın olsa, hər gün göndər,
Qoyma nöqtə-vergül, göndər,
Göndərirsən, tər gül göndər,
Gəlsin, yenə də dər, gəlsin.

Gözəldi başı batmamış,
Rəbbim sənçün yaratmamış.
Rəfail hələ yatmamış,
Sel saxlayan bəndlər gəlsin,
Dərdi mənə göndər, gəlsin...

Комментариев нет:

Отправить комментарий