14.11.2016

Amma siz silahları, gücünüzü bizə qarşı döndərmisiniz

Bu gün Hüseynin və Əlinin məktəbindən, əzadarlığa gələn insanlardan qorxmaq lazım deyil. Vahhabilikdən, nurçuluqdan qorxmaq lazımdır- bu qurumlar bütün dünya kimi bizi də təhlükə altına almışdır. Mübarizə aparmaq istəyirsizsə, Hüseyn adına yığışıb sinə vuranlarla yox, gənclərimizi zəhərləyən vahhabilik düşüncəsi ilə, ondan da təhlükəli olan, amma zahirdə gözəl və mədəni görünən nurçuluq ilə mübarizə aparın. Biz də bu yolda sizə yardım etməyə hazırıq- bizim də bu yolda vəzifəmiz vardır, bizim də çiynimizə yük düşür! Amma siz silahları, gücünüzü bizə qarşı döndərmisiniz.

Hacı Vasif

Комментариев нет:

Отправить комментарий