12.05.2021

Rusiya sərhədini pozmağa çalışan 3 NATO təyyarəsi ələ keçirildi

Rusiya qırıcılarının ekipajı sərhədə yaxınlaşan Fransaya məxsus iki Mirage 2000 döyüş təyyarəsi və  bir C-135 Hava Qüvvələri yanacaqdoldurma təyyarəsini aşkarlayıb.
Rusiyanın Su-30 qırıcısı Qara dəniz üzərində iki Mirage 2000 qırıcısını və Rusiya sərhədinə yaxınlaşan Fransa HHQ-nin yanacaqdoldurma təyyarəsini ələ keçirib.
Qalanews bu barədə Rusiya KİV-i Rusiyanın QDD-nin informasiya təminatı şöbəsinə istinadən məlumat verir.
Qeyd edilir ki, mayın 11-də Rusiya radarları Rusiya sərhədinə yaxınlaşan hava hədəflərini Qara dənizin neytral suları üzərində aşkarlayıb.
"Rusiya qırıcısının ekipajı hava hədəflərini iki Mirage 2000 döyüş  təyyarəsi və Fransanın C-135 yanacaqdoldurma təyyarəsinu müəyyən edib və onları Qara dəniz akvatoriyası üzərində müşayiət edib",-deyə məlumatda bildirilir.
"Rusiya Federasiyasının dövlət sərhədinin pzulmasına cəhd edilib" deyə məlumata əlavə olunub.

Комментариев нет:

Отправить комментарий