12.05.2021

SON DƏQİQƏ: Ərdoğanla Putin görüşdü - Fələstinə ordu göndərilə bilər

Türkiyə prezidenti R.T.Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.Telefon danışığı zamanı İsrailin hücumları nəticəsində, müdafiəsiz qalan Fələstinə dəstək üçün Qüdsə hərbi qüvvələr göndərilməsi məsələsi müzakirə edilib.
Qalanews bu barədə Haber Global-a istinadən xəbər verir.
R.T.Ərdoğan həmkarı ilə söhbət zamanı Fələstində baş verənləri müzakirə edərək BMT sülhməramlılarının bölgəyə göndərilməsi təklifini irəli sürüb.Hər iki ölkənin lideri belə olan halda BMT-nin qərarlarının icra edilməsində iştirak etməyə hazır olduqlarını dilə gətirib.
Söhbət zamanı Türkiyəyə göndəriləcək Sputnik V peyvəndinin növbəti partiyasının Türkiyəyə göndərilməsi də, müzakirə olunub.
Bundan əlavə Vladimir Putin Türkiyə xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.

Комментариев нет:

Отправить комментарий