14.05.2021

Suriyada, Liviyada, Misirdə varsan, bəs niyə Fələstində yoxsan?!

Türkiyə xalqı İsrailə qarşı səmimi düşmənçilik bəsliyir. Qüds müharibəsi genişləndikcə, xalq hakimiyyətdən addım atmasını tələb edəcək. Ona görə də hakimiyyət hal-hazırda xalqın nəbzinə uyğun bəyanat verir. Məsələn, Mövlud Çavuşoğlunun "Ümmət addım atmağımızı gözləyür" kimi bəyanatları bu qəbildəndir.
Hal-hazırda Türkiyə mediasında efirə gedən siyasi verilişlərdə Türkiyə xalqına "insanları qırğına vermək, uşaqların ölməsinə gətirib çıxaracaq işlərdən, hərbi müdaxilələrdən çəkinmək, güclənmək, texnalogiya əldə etmək, hazır olmaq sonra savaşmaq" düşüncələri təlqin edilir.
Amma Fələstin və İsrail müharibəsi indi və birdən birə başlayan bir müharibə deyil. Yarım əsrdən çoxdur.
İsrail qırıcılarının qalxıb Qəzzanı bombardman etməsi xəbərlərini demək olar hər gün eşidirdik. Ramazan ayında qəzzalılar iftarların raketlə açıırdılar... 
Ona görə də bir neçə sualın cavabı maraqlıdır:
1. Suriyada uşaqlar öldürülmürdümü? Niyə ordun ordaydı?
2. Liviyada sivillər əziyyətə məruz qalmırdımı? Niyə ordun ordaydı?
3. Misirə girərkən texnologiyan varıydımı? Niyə ordun ordaydı?
4. Fələstində körpələr yarım əsrdir bombalar altında parçalanmırdımı? Niyə orda yoxuydun? Niyə orda yoxsan?
Dostluğumda xeyli sayda Türkiyəni dəstəkləyən, rəğbət bəsləyən, sevən insanlar var. Bu sualı isə şəxsən onlara verirəm.
İşdən evə qayıdarkən bir də baxırıq ki, bir nəfər əlində uzun bir dəmir parçası ilə evimizin içinə girib, ailəmizi döyür. Başlarına dəmir parçası ilə zərbələr vurur. Və geciksək onlardan azı 1-2 nəfəri öldürəcək. Evimizin içinə girib ailəmizi döyən adamın əlində dəmir parçası var deyə, geri qayıdıb onunla savaşmaq üçün dəmir parçası axtararıq? Yoxsa heç nə düşünmədən, özümüzə hansısa xəsarət yetişəcəksə belə, içəri girib ona mane olmağa çalışarıq?
Bəli... elə siz dediyiniz kimi... "Kudüs müslümanların namusudur"...
Namus tapdalanır, Dərə bəyi. Qeyrətinizi göstərin.

ŞƏKİLDƏ: Türkiyə xüsusi təyinatlısı murdar İsrailin bayrağını tapdalayarkən.


Qoşqar Həsənov

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi

Комментариев нет:

Отправить комментарий