Təzə vıpuska broyler partiya sədrimiz 2-ci Qarabağ müharibəsində İran əleyhinə gedən saxta xəbərlərin ən şiddətli vaxtlarında, İran haqqında bu ittihamları səsləndirməmişdi.
Hətta hərdən düşünürdüm ki, ağıllı adamdır. Ak partinin yolun gedirik deməsinə baxmayaraq neytral mövqedə dayana bilir. Ölkə içərisində dindar kəsimin gözündə nüfuz itirmək istəmir.
Müharibə gedərkən və müharibədən sonra, İrana qarşı yönələn bütün ittihamların əsassız, əleyhinə paylaşılan xəbərlərin saxta olduğu dövlət səviyyəsində, rəsmi səviyyədə isbat olunduqdan sonra... ilin-günün bu vaxtında... bu adamı İrana qarşı həmənki, saxta, çürüyüb suyu çıxmış ittihamları səsləndirməyə nə vadar edir?!
Təbii ki, hal-hazırda dünyanın gündəmində olan İsrail və Fələstin məsələsi. Cəmisi bir gecəlik hücumla, İsrailin dünyada necə rüsvay olduğunu görən müxtəlif ölkələrdəki sümük yalayanları fəaliyyətə keçiblər.
Bu adam partiya sədridir. Partiya sədri olaraq öz kariyerasını heçə sayaraq, kimlərinsə tələbi ilə öz nüfuzuna xətt çəkirsə, öz şərəf və ləyaqətini heçə sayaraq kiminsə haqqında hətta saxta ittiham səsləndirib, yalana əl atırsa... deməli ən 1-ci özünün qədrini bilmir.
Özünün qədrini bilməyən adam nə İranın etdiklərini dərk edər, nə də Fələstinlinin dərdin başa düşər.
Kül təpəvə.
Qoşqar Həsənov
https://www.facebook.com/qosqahesenov.9/posts/3928727177212998?__cft__[0]=AZX6Ng9OrWPIOK0mCuaK3C6PRIYZmxjLh8lodvRWo-3TIgNvBdquckrLI_cBY3kKdGc1uwQAw9ncyhwF_J8trUZEPYCDFxpcQJAuQ_h7527bbxNetyC8tY5Rg23koehhLYx-0gi7_gyN7SkdUkqZPoeI_9FNmMn10rKhCp2VqqgrDA&__tn__=%2CO%2CP-R
Комментариев нет:
Отправить комментарий