04.11.2010

Rövşən Lənkəranskinin qisas planı xüsusi xidmət orqanlarını narahat edib

Kriminal dünyada böyük müharibənin alovlanmasının qarşısı ukraynalıların köməyi ilə alınıb 

Bu ilin yazında 2 azərbaycanlı “qanuni oğru” – Rövşən Lənkəranski ləqəbli Rövşən Canıyev və Vaqif Süleymanov arasında münaqişə baş verib. Lent.az-ın “Praym-Kraym” nəşrinə istinadən verdiyi məlumata görə, hər şey Rövşənin Vaqifə telefon zəngi ilə başlayıb. Vaqif həmin vaxt “Yeltsa” həbsxanasında olub. Telefon söhbətində danışığın tonu yüksəlib və Vaqif Süleymanov Rövşən Lənkəranskini “suyu süzülmüş cücə” adlandırıb. Rövşən Lənkəranski isə həmsöhbətini “suya qoyacağı”na söz verib.

Vaqif azadlığa çıxandan sonra “qanuni oğrular” avqustun sonunda Rublevsk istiqamətində elitar kottec qəsəbələrinin birində bir araya gəliblər. Rövşən öz tərəfindən söhbətə Cemonu, Cemonun qardaşı Mamuku, Geli Kardavanı, eyni zamanda “ağır artilleriya” qismində “Robinzon” və Paata Malenkonu dəvət edib. Görüş Mamukun bu elitar qəsəbəsindəki evində baş tutub. Vaqif Süleymanov isə “qanuni oğru” Vasi Voskreslə gəlib. “Ded Xasan” Vasi Voskresə tapşırıb ki, əgər Vaqif Süleymanov azlıqda qalsa, ona qarşı ədalətsiz münasibət göstərilməsinə yol verilməsin.

Mübahisə edənləri barışdırmaq üçün təşkil olunan bu toplantı yeni nifaqın əsasını qoyub. Cemonun Vaqiflə bağlı iddiasına ikinci sərt cavab verir. Cemo Vaqif Süleymanova zərbə endirməyə cəhd göstərib, ancaq buna müyəssər olmayıb. Əvəzində güclü Vaqif Süleymanovun cavab zərbəsi ilə yerə sərilib. Uzun söhbətdən sonra Vasi Voskres Cemo və Rövşəni inandırıb ki, Vaqifdən üzr istəmək lazımdır. Vaqif isə bundan sonra toplantının sonunu gözləmədən oranı tərk edib.

Bu barışığa baxmayaraq, qanuni oğrular bir-birləri ilə aşağılayıcı tərzdə danışmağa davam ediblər və “qanuni oğrular” onların arasındakı gərginliyi aradan qaldıra bilməyiblər. Tərəflər həlledici addıma hazırlaşıblar. Ənənəvi oğru qanunlarına sadiq olan Vaqif Süleymanovdan fərqli olaraq, Rövşən və Cemo “yeni qanuni oğrular” nəslini təmsil edir və məsələləri mafiya boslarına məxsus metodlarla həll etməyə üstünlük veriblər. Qisas planı üzərində işlənilib.

Rusiyalı təhqiqatçılar hesab edirlər ki, yaranmış situasiyada “qanuni oğrular” arasında növbəti itki baş verəcək və bu da ciddi qeyri-sabitliyə gətirib çıxaracaq. Qan tökülməsinin qarşısını almaq üçün Rusiya xüsusi xidmət orqanları Kiyevə informasiya ötürüblər. Rövşən Lənkəranski Kiyev aeroportunda saxlanılıb və beləliklə, ukraynalıların köməyi ilə zamanında Rövşən Lənkəranski oyundan çıxarılıb...

                                                             
                           "Millətin səsi"

Комментариев нет:

Отправить комментарий