İstanbul Universitetinin Tibb Fakültəsinin Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar şok açıqlama ilə çıxış edib. "Qafqazinfo"nun məlumatına görə, Y. Dizdar Türkiyənin "Vatan" qəzetinə müsahibəsində dünyanı bürüyən xəstəliklərin səbəblərini açıqlayıb. O, xərçəng xəstəliyinin əsas səbəblərindən birinin broyler toyuqları olduğunu söyləyib: "Bilirəm sıxılacaqsınız, üzüləcəksiniz, amma həqiqətləri öyrənmək lazımdır. Sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir. Buraxsanız belə tərpənmirlər, əlinizə aldığınız zaman sümükləri qırılır. Bu inanılmaz vicdansızlıqdır.
Bunu kəsimdə çalışan dostum danışıb. 1,7 kilo yemlə 1 kilo toyuq əldə edirlər. Çox insan sağlam qidalanmaq üçün ancaq toyuq əti yeyir. Sonra da görürük ki, hər gün bir gənc qadın döş vəzisi xərçənginə tutulur. Çox böyük ehtimalla, bu xərçəngin yaranma səbəbi toyuqlardan alınan bəzi hormonlardır. Bu hormonlar 8 ayda dananı elə böyüdür ki! Qurban bayramlarında belə hormonsuz heyvan yoxdur. Hamısına böyümə hormonu vurulub bazara göndərilir".
Dostum qızına yumurta verməyi kəsdi, uşaq sağlamlığına qovuşdu...
Qeyd edək ki, Azərbaycanda da onlarla məşhur və ya qeyri-məşhur broyler şirkətləri fəaliyyət göstərməkdədir. Ekspertlər dəfələrlə ölkəmizdə yetişdirilən belə toyuq və toyuq məhsullarının insan orqanizminə zərərli olduğunu deyiblər. Hətta aldığımız məlumata görə, məşhur broyler şirkətlərindən birinin sahibi öz övladına təhsil aldığı təhsil müəssisəsində toyuq və toyuq məhsullarından hazırlanan yeməklərin verilməsini qadağan edib.
Anar http://baku.adalet-az.com/
Комментариев нет:
Отправить комментарий