12.04.2012

“Çətin ki oxuyanlar anlasın”

Könül Səid “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin. - Könül Səid.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Tanımadığım insanlar mütləq mənə siz deməlidi.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Yazar-publisist.



- Dost… - Vacibdi!

- İlk sevginiz?
- Sevgi mənim üçün yaşıl bir qayıqdı və yolu da bircə dənizdən keçir.



- Əsas ixtisasınız? - Filoloq.


- İstifadə etdiyiniz nəqliyyat növü? - Metro.

- Sevdiyiniz maşın markası?
- Yoxdu.

- Sevdiyiniz brend?
- Karen Millen.

- Sevdiyiniz saç düzümü?
- Uzun saçları çox sevirəm.

- Sevdiyiniz rəng?
- Van Qoqu tanımayana qədər yaşıl idi, tanıyandan sonra sarı.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Yunanıstan və şəhər kimi Moskva.

- Sevdiyiniz yemək?
- Yeməkləri ayırmıram.

- Ən çox istifadə etdiyiniz söz?
- Əslində.

- Leksikologiyanıza yad olan söz?
- Yoxdu!

- Sizi nə həyacanlandıra bilər?
- Tamaşada təsirli bir səhnə.

- Ən çox sevdiyiniz kitab?
- İrvinq Stoun “ Yaşamaq yanğısı”.

- Ən çox sevdiyiniz yazar?
- O. Henri.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Yoxdu!

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Klassik musiqini çox sevirəm.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Arada parlaq ideyalarım olur.

- Mənfi xüsusiyyətiniz?
- Çox danışıram.

- İdeal insan necə olmalıdır?
- İdeal insan var, amma gözlə görmürük. Necə olduğunu görəndə deyərəm.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Tam yox.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Sakitliyim pozulanda hirslənirəm.

- Həyat fəlsəfənizi ifadə edin.
- Çətin ki, oxuyanlar anlasın.

- Siz xoşbəxtsinizmi?
- Yox!

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Var! Məndən uzaqdadı.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Mən düşünmədən də addım ata bilərəm.

- Ölüm niyə ölmür?
- Bəs o zaman keçmişə kim səfər edər...

- Dinlərə münasibətiniz?
- Ayırmıram!

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Qara fikirli insanlardan.

- Falçıya inanırsızmı?
- Yox.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Kiminsə qəlbində daşa, kiminsə gözündə yaşa çevrilmək istəməzdim.

- Sevinciniz nə qədərdir?
- Oğlumun gülüşünə bağlıdı.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- İnsan olsun yetər.


- Bağlayıcılardan çoxmu istifadə edirsiniz? - O qədər ..

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Şəhərdə ancaq çay içmək olar.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Arada hər ikisindən bezirəm.

- Mənə sualınız.
- Sualları daha da çətin və ağır çəkili elə.



Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий