Gi de Mopassan
- Ah dostum, bu qadınlar necə də ifritədirlər.
- Niyə belə?
- Başıma oyun açıblar.
- Sənin?
- Hə də, mənim.
- Biri yoxsa, bir neçəsi?
- İki qadın.
- İkisi birdən?
- Hə.
- Nə oyundu o elə?
Böyük kafenin qarşısındakı bulvarda əyləşmiş dostlar akvarelin bütün çalarlarını xatırladan su qatılmış likör içirdilər. Onlar təxminən həmyaşıd olardılar, 25-30 yaşları vardı. Biri sarışın, digəri isə qarayanızdı. Hər ikisi birjalarda və mehmanxanalarda vurnuxan "birja dovşanlarına" xas olan alicənablığı ilə fərqlənir, hər yerdə peyda olur və eyş-işrətlə məşğul olardılar. Qarayanız oğlan söhbətinə davam edirdi:
- Sənə Dyeppedəki çimərlikdə tanış olduğum o gözəlçədən danışmışdım, axı?
- Danışmışdın.
- Əzizim, yaxşı bilirsən bu necə baş verir. Parisdə daimi bir məşuqəm var, çoxdankı əlaqələrdi, etibarlı məşuqədi, sözün qısası, ona öyrəşmişəm və mənim üçün böyük əhəmiyyəti var.
- Bu vərdişin?
- Həm vərdişin, həm də onun . O, gözəl bir insanın arvadıdır, həmin adamı dost kimi çox sevirəm. İstiqanlı, əliaçıq, əsl yoldaşdır. Nə isə, mən bu evdə sakit sığınacaq tapmışdım.
- Bəs nə oldu?
- Bilirsən, bu cütlük Parisdən qırağa çıxmır. Beləliklə Dyeppedə "dul" qalmalı oldum.
- Dyeppedə nə işin vardı?
- Havamı dəyişmək istədim. Bütün günü bulvarlarda vaxt öldürmək olmaz ki.
- Sonra?
- Və mən sənə haqqında danışdığım o gözəlçəylə çimərlikdə tanış oldum.
- Dəftərxana rəisinin arvadıyla?
- Hə. O, çox darıxırdı. Əri yalnız ona bazar günləri baş çəkirdi. O, həm də mənfur adam idi. Mən məşuqəmi yaxşı anlayırdım və beləcə biz onunla şənlənirdik, rəqs edirdik, günümüzü əla keçirirdik.
- Gecəniz də xoş keçirdi, deyilmi?
- Bu bir az gec oldu. Bir sözlə, biz görüşdük, bir-birimizdən xoşlandıq, bunu özünə də dedim, tam anlasın deyə dəfələrlə təkrarlanmağımı istədi və nəhayətdə könüllü təslim oldu.
- Sən ona vurulmusan?
- Hə, bir az. Deyirəm axı, o çox qəşəngdi.
- Bəs o birisi?
- Axı o birisi Parisdə idi. Əlqərəz, 6 həftə hər şey əla getdi və biz Parisə əsl aşiq-məşuq kimi gəldik. Sən qadını heç bir günahı olmadan ata bilərsən?
- Çox asan.
- Necə, bu mümkündür?
- Əlbəttə.
- Bəs sən bunu necə təşkil edirsən?
- Yanına getmirəm, vəssalam.
- Əgər o sənin yanına gəlsə?
- Mən sadəcə evdə olmuram.
- Yenidən gəlsə?
- Deyərəm ki, xəstəyəm.
- Sənin qeydinə qalmağa başlasa?
- Onu sadəcə rədd edərəm.
- Əgər təhqirlərinə dözsə?
- Ərinə xəbərdarlıq məktubu göndərərəm ki, bizim görüş günlərimizdə əri onu dörd gözlə axtarsın.
- Əla. Mən də belə edə bilsəydim. Heyhat, mən qadınlarla bu cür ola bilmirəm. Mən onlara güzəştə gedirəm.
- Biriylə ildə bir dəfə, o biriylə 10 ayda bir dəfə, digəri ilə şikayətə başlayanda, başqalarıyla da qəlyanaltı stolları arxasında görüşürəm. Əvvəlcədən vaxt təyin etdiklərim məni narahat etmir, yeni tanışlarımla isə bir az narahatlıqlar yaşayıram. Onlara mənim evimə gəlməmişdən qabaq xəbərdarıq etmələriylə bağlı, çoxlu göstərişlər verirəm.
- Və?
- Deməli, belə. Mənciyəzin xanımı əsl od-alov idi, qüsursuz gözəl. Əri bütün günü dəftərxanada eşələndiyindən o artıq yanıma xəbərdarlıqsız gəlməyə başladı. İki dəfə az qala əvvəlki məşuqəmlə qarşılaşacaqdılar.
- Lənət şeytana.
- Hə. Bu hadisədən sonra başağrısından xilas olmaq üçün cədvəl tutdum və dəqiq vaxt təyin etdim. Köhnə məşuqəm üçün bazar ertəsi və şənbəni, yenisi üçünsə çərşənbə axşamı, cümə axşamı və bazar gününü bölüşdürdüm.
- Niyə belə çox vaxt yenisi üçün?
- O, daha gənc idi.
- Deməli, istirahət üçün cəmi iki günü qalırdı?
- Bəs idi.
- İgidsən.
- Amma təsəvvür et, başıma ağlasığmaz bir hadisə gəldi. 4 ay hər şey yağ kimi gedirdi. Heç nə vecimə deyildi. Və nəhayət keçən bazar ertəsi aləm dəydi bir-birinə. Əla bir siqar çəkə-çəkə ikiyə qalmış köhnə məşuqəmi gözləyirdim. Özümdən razı halda gözəl xülyalara qapılmışdım və birdən ayıldım ki, görüşə çox gecikir. Çox təəccübləndim, çünki o vaxt barəsində çox sayıq idi və bunu təsadüfi hal kimi dəyərləndirdim. Daha çox vaxt keçdi və başa düşdüm ki, ona yəqin ki, vədəsiz gələn qonağı mane olub. Saatlar ağır keçirdi. Axırda məqsədsiz-filansız onun evinə tərəf yolandım. Onu roman oxuyan yerdə yaxaladım.
- Nə hadisə baş verib?
O, sakitcə cavab verdi:
- Əziz dost, gəlməyə mane oldular.
- Nə mane oldu?
- Elə-belə işlər.
- Nə işlər?
- Qonağım gəlmişdi.
Onun əsil həqiqəti gizlətdiyini başa düşdüm, ancaq onun sakit halını görüb, bu barədə düşünmək belə istəmədim. Bu günün acığını sabah digər məşuqəmin yanında xoş dəqiqələr keçirməklə çıxmaq qərarını verdim. Beləcə çərşənbə axşamı, həyəcanla, rəisciyəz arvadını gözləməyə başladım. Hətta onun vaxtından əvvəl gəlməsini istəyirdim. Hər dəqiqə saata baxır, əqrəblərin hərəkətini baxışımla izləyirdim. Əvvəl yarım, sonra bir, iki saat keçdi. Yerimdə otura bilmirdim. Min cür hərəkət edirdim. Gah pəncərəyə yaxınlaşır, gah var-gəl edir, gah da qulağımı qapıya dirəyib dinşəyirdim ki, görüm o pillələri qalxırmı? Artıq üçün yarısıdır, saat üçdür. Mən papağımı qapıb, onun yanına qaçıram. Təsəvvür et. O da kitab oxuyur.
- Nə hadisə baş verib? deyə həyəcanla qışqırdım.
- O da eynilə əvvəlki köhnə məşuqəm kimi sakitcə cavab verdi:
- Əziz dost mənə mane oldu.
- Nə?
- Elə-belə işlər.
- Nə işlər?
- Qonağım gəlmişdi.
İlk öncə onun hər şey bildiyi haqqında şübhələndim, lakin o elə sakit görünürdü ki, bu fikri başımdan çıxarmalı oldum. Bunun yalnız qəribə bir təsadüf olduğunu zənn etdim. Onun belə ikiüzlü olmasını fikirləşmək belə istəmirdim. Biz bir saata yaxın dostcasına söhbətləşdik, bu saat ərzində onun balaca qızı azı 20 dəfə yanımıza gəldi. Mən ovqatı təlx halda oranı tərk etdim və ertəsi gün...
- Eyni hadisə baş verdi, hə?
- Hə, elə o biri gün də və belə hal düz üç həftə söz-söhbətsiz davam etdi. Nəhayət onların özlərini belə qəribə aparmaları mənə aydın oldu.
- Onlar hər şeyi bilirdilər?
- Min dəfə lənət olsun şeytana. Hə.
- Bəs necə öyrənə bilmişdilər?
- Sən bilməzsən, mən bunu öyrənənə qədər nə qədər əzab çəkmişəm.
- Necə öyrəndin?
- Məktublardan. Onlar eyni gündə, eyni üslubda yazılmış tərzdə mənə " rədd ol" dedilər.
- Və?
- Bilirsən də, əzizim, qadınlar həmişə özləriylə bir topa sancaq gəzdirilər və sancaqlar da müxtəlifdir və bəziləri var ki, qara başlıqlarla olan sancaqlar, biz axmaqlar da elə bilirik ki, onlar hamısı eynidir. Ancaq qadınlar onları bir-birindən biz atı-uzunqulaqdan ayıran kimi ayırırlar. Deməli, mənim balaca rəisciyəz məşuqəm bu satqın sancaqlardan birini güzgünün yanındakı topaya keçirdib. Mənim də köhnə məşuqəm bu əşyanı görüb, onu çıxardıb, ona oxşar ancaq başqa sancağı ora keçirdib. O biri gün rəisciyəz məşuqəm bunu sezib, görüb ki, onun sancağını dəyişdiriblər və onda şübhə oyanıb və o sancaqları xaçşəkilli düzəldib. Mənim köhnə məşuqəm isə buna 3-nü bir-birinin ardınca düzməklə cavab verib. Beləliklə, onlar öz aralarında beləcə danışıb, qərarlaşıblar. Köhnə məşuqəm daha qərarlı olaraq, belə məktub yazıb: "Malveb bulvarında görüşənə qədər, S.D.C." Onlar məktublaşmağa başlayıblar. Mənim də torbam tikilib. Bilirsən, onlar bununla dayanmayıblar, dirigözlü, ehtiyatla hərəkət ediblər. Və köhnə rəfiqəm yenidən cəsarətli addım ataraq, o biri məşuqəmə görüş təyin edib. Nə haqda danışdıqlarını ağlıma belə gətirmirəm. Ancaq onu bilirəm ki, onların söhbəti mənə baha-başa gəlib. Belə-belə işlər.
- Elə bu?
- Bu azdır?
- Sən onlarla daha görüşmürsən?
- Görüşürəm ara-sıra. Dost kimi. Biz əlaqəmiz tamam kəsməmişik.
- Bəs öz aralarında onlar görüşürlər?
- Bəs necə, onlar ayrılmaz rəfiqə olublar.
- Hə, bəs bu sənə bir ideya vermir?
- Yox, nə ideyası?
- Axmaq! Onları növbə ilə yenidən sancaqları taxmağa təhrik et.
"Sol əldən" hekayələr toplusu, 10 yanvar 1888 Tərcümə: Günel Eminli

Комментариев нет:
Отправить комментарий