Fransa hökuməti 2012-ci ilin noyabrın 7-də qanuna dəyişiklik edərək eynicinslilərin nikahının leqallaşdırılması, homoseksual cütlüklərə övladlığa uşaq götürməyə icazə verilməsi ilə bağlı qanunu dəyişmək niyyətindədir. Parlamentdə 2013-cü ilin yanvar ayında bu məsələ ilə bağlı dinləmələr gözlənilir.
Bu qanundan bir neçə gün sonra Fransada eynicinslilərin nikahının əleyhinə nümayişlər keçirilib. Ölkənin 70-dən çox şəhərində keçirilən aksiyalarda on minlərlə insan toplaşıb. Qanuna qarşı daha bir nümayişin yanvarın 13-də keçiriləcəyi gözlənilir.
Homoseksual cütlərin evliliyinin leqallaşdırılması Fransada 2012-ci ilin mayında prezident seçkiləri zamanı Fransua Ollandın seçkiqabağı kompaniyasının əsas punktlarında olub. Hal-hazırda, Fransa eynicinslı cütlüklər vətəndaş nigahında yaşaya bilirlər. Bu nigahı leqallaşdırmaqla Fransa Avropa İttifaqında altincı ölkə olacaq.
Qeyd edək ki, son sosioloji araşdırmalara görə, homoseksualların nigahını Fransanın 60 % əhalisi dəstəkləyir.
Ans
Комментариев нет:
Отправить комментарий