02.12.2012

Neynək, deyirlər, deyirlər də...

Feyziyyə

- deyirlər, gecələr piano səslənir otağından.
- mən piano çalmağı sevirəm.
- bilirəm, amma sənin pianon yox...
- ola bilər.
- səni tez-tez görürlər...
- harda?
- orda, uzaqlarda...
- nə olsun?
- axı sən eləcə burdasan, həmişə...
burda... yaxında...

- bəlkə də
- bəs niyə hər yerə yazırsan
betta, betta, betta...
- bilmirəm...
- mənsə bilirəm...
- nəyi?
- çox şeyi...
məsələn, sevmirsən yüksəkliyi...
amma hər gecə çıxırsan binaların damına,
ocaq qalamağa.
- neçəsini -  birini, ikisini?
- heç görmədim, deyirlər...
- bəs səncə,
çoxmu şey istəyər balınclar
gecənin qaranlığından?
sürmə izlərinə toxunmağıtək,
nəmini saxlasaydı balıncların,
qurutmasaydi qaranlıqlar,
sabahlar da bir baxsaydı,
bir görsəydi
nə olacaqdı ki...
kimsə bilməz,
sizildayan, nəmli barmaqların yazdığı mesajlar
ünvanına gülüş işarəsi ilə çatar...
sən də tutmusan ki, deyirlər... deyirlər...
neynək, deyirlər, deyirlər də...

Комментариев нет:

Отправить комментарий