02.12.2012

Qarı dağı

Elnur Nəhmətov

İstirahət günü. Bütün həftə boyu qazandığım yorğunlüğu çıxarmaq üçün əla fürsət var idi. Nişanlımla görüşümüzü axşama təyin etmişdim. Neçə vaxt idi ki,onun zənglərinə də cavab verə bilmirdim. Mənə qəzəbi tutmuşdu. Bu gün görüşməyimizə söz vermişdim.
Son oxuduğum hekayə İ.Əfəndiyevin “Qarı dağı” hekayəsi oldu. Yazıçının bu əsərini “Qarı dağı” rəvayəti ilə tutuşdurub bəzi məqamları özüm üçün aydınlaşdırdım. Yazıçının məharətinə söz ola bilməzdi. Gözəl əsərdir, sizin də oxumağınız məsləhətdir.

Kitablar içində o qədər eşələndim ki,vaxtın necə keçdiyindən xəbərim olmadı.
Küçəyə çıxdım. Hava həddən ziyadə isti idi. Əynimdə şortik var idi. Belə özümü daha da rahat hiss edirdim.
Camaatın mənə təəccüblə baxdığını hiss etdim.Arxamca dikilən baxışlarda kin,nifrət var idi.Öz-özümə fikirləşirdim ki,axı onlar niyə mənə belə baxırlar?
Qulağımın dibindən bir daş vıyıltı ilə keçdi..iki,üç,dörd…Küt ağrı hiss etdim.Yıxıldım.Üstümə yağan daşların ağırlığından huşumu itirdim.Gözlərim önündə süd rənginə bürünmüş səhra canlandı.Səhranın ortasında dağ ucalmışdı,üstündə isə  qırmızı rəngə boyanmış şortiklər var idi.
Gecəyarı zəng səsinə ayıldım.Nişanlımın hıçqırtılar içində nə dediyini eşidə bilmədim.

Комментариев нет:

Отправить комментарий