02.12.2012

Sərdar - Korbucaqlı sevgi

Sevgi səhifəmiz DAMA-DAMA göl oldu sanki.
Mən ürəyimi 2-yə BÖLÜB 5 ALDIM
Sən yarısını yerə VURUB, 2

Deyirdim məni özümdən ÇIXarma,
nəticəsi SIFIR olmayacaq, QALIQ qalacaqsan.
Çünki mənə DAXİL idin.

Dərd ÜSTÜNƏ dərd gələndə 1 olmur, 5 olmur.
X-in qiymətin tapmaq rahat, 
dərdin qiymətin tapmaq heç olmur.

Guya 100% mənim idin.
Ancaq QÜVVƏTDƏ qalmağı yox,
KÖKALTIna girməyi seçdin.
Getdin... 


Sənin üçün MÖTƏRİZƏ açanda ağladım,
: ( adını yazıb, gülə-gülə bağladım : ) 

Çünki sonda bildim, 
sən xəyallarını MÜSTƏVİ üzərində qurmusan
mən FƏZAda.
Ay daa!

Комментариев нет:

Отправить комментарий