19.01.2013

20 Yanvarla bağlı

Mərdan Əzimov

20 Yanvar hadisəsi ilə bağlı nə isə yazmaq istəmirəm. Sadəcə bir balaca sizi bu tarixə qaytarıb yaddaşınızı təzələmək məncə elə də pis fikir deyil. (bunları demək haqqım deyil mənim yaşım azdır, o vaxtları görməmişəm amma internet sağ olsun – M.) 1990-cı il 19-dan 20-nə keçən gecə azğınlaşmış Sovet ordusu, quduzlaşmış erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror hadisəsini həyata keçirdilər. (lap dövlət televizyasının diktor mətninə oxşatdım... – M.) Məncə bu bu hadisə üçün bu qədər məlumat yetərlidi. Mən uşaqlıqdan nə 20 Yanvar hadisəsini, nə də ki, 20 yanvar metrosunu sevməmişəm. Matəmlərdən heç xoşum gəlmir. Metro stansiyalardan da eləcə. Daima basa-bas olur, nə qadın bilinir nə uşaq... Amma 20 Yanvar stansiyası Bakı Metropolitenin ən qara günlü stansiyasıdı. Həm yerinin altıyla, həm də üstüylə... Yerinin üstünə çıxan kimi “ağzınlaşmış” taksi sürücüləri ac qurd kimi adamın üstünə hücum edib “vəhşicəsinə” sorğu sual edillər. Güc bəlayla əllərindən qurtulursan, ama onlar da bir deyil iki deyil... Nə isə.
Görün hardan hara gəlib çıxdım e... Bu 20 Yanvar qətliyamı bir tərəfdən matəm olsa da bir tərəfdən də məhsuldar insanlarımızın yaradıcılıq həyatına böyük kömək göstərdi. Azərbaycan ədəbiyyat sektorunda belə günləri səbrsizliklə gözləyənlər yazıb pozullar. Düşünüllər ki, belə günlər ildə bir dəfə olur. Odur ki, səmərəli istifadə etmək lazımdır... Hadisə olandan bu yana yalan olmasın bəlkə yüzlərlə roman, povest, pyes yazılıb. Daha da çox olsun... Daha da çox kitab çıxsın ki, yeni nəsillər yumurta bükməkdə əziyyət çəkməsinlər...

Комментариев нет:

Отправить комментарий