07.12.2010

Yəhudi cinayətkarlığına nə vaxt son qoyulacaq?

İbrahim Sel  
Professional Oxucu Liqası

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosdakı forumda Şimon Peresə dərs verməsi fələstin xalqının sızlayan yarasına azacıq da olsa, məlhəm etdi
 
 İsrailin Qəzzaya son təcavüzünün başlanmasından artıq xeyli müddət ötdü. Bu müddət ərzində 5 minə yaxın fələstinlini, o cümlədən qadınları, uşaqları, qocaları qətlə yetirən cinayətkar rejimin heç bir üzvü məhkəmə qarşısında cavab verməyib. «Qoldstoun məruzəsi», İngiltərədə «Əridilmiş qurğuşun» əməliyyatı zamanı İsrailin xarici işlər naziri olmuş Sipi Livninin həbsi barəsində çıxarılan qərarlar yalnız kağız üzərindəki cızma-qara idi. Məlum oldu ki, İsraili heç kəs cəzaılandıra bilməz və o istədiyini edə bilər.
 2008-ci ilin dekabrın 27-də İsrail aviasiyası və Hərbi Dəniz Donanması Qəzzaya bomba zərbələri endirməyə başladı. O zaman dünya hələ bilmirdi ki, dinc Fələstin əhalisinin başına istifadəsi beynəlxalq qanunlarla qadağan edilən kasset bombaları və ağ fosfor yağdırılır. Dünya bunu bilmirdi. Amma dünya İsrail vəhşiliklərinin qurbanlarını, onların fotolarını görürdü. Bu kimisə bəlkə də narahat edərdi, geri çəkilməyə səbəb olardı. Ancaq insani qanunlar İsrail üçün yazılmayıbmış. ABŞ-ın dəstəyinə arxalanan yəhudi qırıcıları Qəzzanı «şumlamaqda» davam edirdi. Beləcə yeddi gün davam etdi. Səkkizinci gün isə İsrail tankları, hərbi maşınları və piyada qüvvələri Qəzzaya soxuldular. O zaman Sipi Livni həyasızcasına bəyan etmişdi ki, məqsəd Qəzzanı yenidən işğal etmək deyil. Əsas məram HƏMASı məhv etməkdən ibarətdir. Artıq bu bəyanatdan uzun müddət keçib və tam məsuliyyəti ilə söyləyə bilərik: İsrailin mənfur planları iflasa uğradı. Xalq nəinki HƏMASa qarşı ayağa qalxdı, əksinə, bu təşkilatın ətrafında daha da sıx birləşdi.
 İsrailin “Ərimiş qurğuşun” əməliyyatı bəşəri cinayətlər toplusuna çevrildi. İşğalçılar məscidləri, yaşayış massivlərini, humanitar obyektləri darmadağın etdilər. Yəhudi əsgərləri Qəzza əhalisinə yardım məqsədi ilə Hollandiya və Böyük Britaniyanın humanitar təşkilatları tərəfindən quraşdırılmış 3 səyyar hospitalı məhv etdilər. Cəbəliyyə məscidinin atəşə tutulması və yandırılması nəticəsində orda sığınacaq tapan onlarla dinc sakin həlak oldu. Tank atəşi ilə BMT-nin bayrağı altında inşa edilmiş 3 məktəb yerlə yeksan edildi. Bu vəhşilik zamanı uşaqlar da daxil olmaqla 42 nəfər həlak oldu. BMT-nin humanitar yardım karvanının atəşə tutulması nəticəsində bir sürücü öldürüldü. Yaşayış binasına endirilən bomba zərbəsi isə Ukrayna vətəndaşı olan qadınla övladının həyatına son qoydu. Hərbi əməliyyatlar zamanı israillilər 6 həkimi və 2 jurnalisti qətlə yetirdilər. Cinayətlər sıralaması isə heç də qeyd olunanlarla bitmir…
 Bu cinayətlərə beynəlxalq aləmin reaksiyası da maraqlıdır. Artıq 2009-cu il yanvarın 9-da BMT-nin Təhlükəsizlik Şurası İsrail və HƏMASa müraciət edərək, qanlı döyüşlərə son verilməsini tələb etdi. Burda iki məqam diqqət çəkir. Əvvəla BMT-nin tələbinin qəribəliyidir. İsrail Qəzzaya soxularaq, məqsədinin HƏMASı məhv etməkdən ibarət olduğunu açıq bəyan etmişdi. Belə bir durumda HƏMASdan atəşkəs tələbi ən azından təbəssüm doğurur. Digər bir məqam isə BMT TŞ-də aparılan səsvermə zamanı ABŞ-ın davranışıdır. Belə ki hamı bu müraciətin “lehinə” səs versə də, Birləşmiş Ştatlar “bitərəf” qaldılar. Burda da çox sadə məntiqi nəticə əldə edilir: ABŞ Qəzza soyqırımının reallaşmasından tam məmnun idi!
 Düşünmək olardı ki, dünya İsrailin bu qaniçən siyasətinə sərt reaksiya göstərəcək. Amma bu baş vermədi. Faktiki olaraq dünya dövlətləri boş və heç bir təsiri olmayan sözlərlə kifayətləndilər. Yalnız Türkiyə istisna təşkil etdi. Ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Davosdakı forumda İsrailin prezidenti Şimon Peresə “dərs verməsi” fələstin xalqının sızlayan yarasına azacıq da olsa, məlhəm etdi. Amma minlərlə məhv edilmiş həyatın müqabilində bu çox azdır. Bu illər ərzində faktiki olaraq heç nə dəyişmədi. Yəhudilərin dünya xalqlarına qarşı genosidi davam edir. İstənilən an İsrail yeni cinayətə rəvac verə bilər. Niyə də yox? Axı dünya, ən əsası isə müsəlman dövlətləri susur, heç nə olmamış kimi İsraillə münasibətlərini sürdürürlər. Bu isə dolayısı ilə onları Qəzzadakı cinayətlərin iştirakçısına çevirir. Görəsən, bunu anlayan varmı?

Комментариев нет:

Отправить комментарий