11.12.2010

Yəhudilərin Qəzza blokadası

Vüqar Ağazadə 
Professional Oxucu Liqası
Azərbaycan Dövlət İqtisad Universiteti

  Yəhudilərin törətdiyi Qəzza qətliamının dünya tarixində tayı-bərabəri yoxdur
 Qəzza 2007-ci ilin iyunundan etibarən– yəni HƏMAS hərəkatı xalq tərəfindən hakimiyyətə rəhbərlik etməyə seçildikdən etibarən İsrail rejimi və Misir tərəfindən blokada şəraitində saxlanılır. Bununla İsrail rejimi HƏMAS-ın istefasına nail olmaq, HƏMAS-ın nüfuzunu əhali arasında aşağı salmaq, Qəzzanı da öz nəzarət dairəsinə keçirmək istəyir.
 “Beynəlxalq amnistiya” təşkilatı blokadanı “kollektiv cəza” adlandırır və bildirir ki, onun nəticəsi humanitar böhrana gətirib. BMT isə bildirir ki, vəziyyət o qədər dəhşətlidir ki, bu orta əsrlərinin məhv yönümlü işğallarına bənzəyir. Bəs Qəzzada bu gün nə baş verir? İsrail rejiminin qəddar blokadasının gerçək faktlarına nəzər salaq.
 Qəzzanın blokadada saxlandığı 3 il ərzində regionun 1,5 milyonluq əhalisi 2005-ci ildə əldə etdiyi ixracatın yalnız dörddə bir hissəsini əldə edə bilib. Fələstin hakimiyyətinə keçirilən seçkilərdə HƏMAS qalib gəldikdən sonra, İsrail rejimi bəyan edib ki, Qəzzaya yalnız humanitar yardımları buraxacaq. İsrail rejimi öz sarsaq fərziyyələri əsasında “ikili mahiyyətli” məhsulların siyahısını da hazırlayıb (buraya nədənsə borudan tutumuş gübrələrə qədər mallar daxil edilib) və onların Qəzzaya buraxılmasına qadağa qoyulub.
 Bu siyahıdan olan məhsullar Qəzzaya buraxılmır– istisna hallardan başqa. Və həm də ən maraqlısı budur ki, bu “ikili mahiyyətli” məhsulların siyahısı nədənsə vaxtaşırı dəyişir.
 BMT-nin Fələstinlilərə yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi (BAPOR) ev əşyalarının siyahısını hazırlayıb ki, bu və ya digər vaxtda Qəzzaya buraxılmayıb. Bunların tərkibinə hətta şam, lampa, kibrit, musiqi alətləri, rəngli karandaşlar, ayaqqabı, döşək, makaron, çay, kofe, şokolad, qoz, şampun da daxildir. Bu “silah təchizatları”ndan başqa çox zaman Qəzzaya digər çoxlu məhsullar da– avtomobillərdən kompüterlərə qədər buraxılmır.
 2010-cu ilin əvvəlinə qədər Qəzzaya tikinti materiallar– sement, beton və ağac da buraxılmırdı, lakin sonradan bəzi şüşə növləri, ağac və alüminiuma “icazə verildi”. Bunları da qadağan etməkdə sionistlər səbəb tapıblar– onlar öz təbliğat alətləri ilə dünyaya yayırlar ki, guya bu materialları da HƏMAS istehkamların inşası üçün istifadə edir. Lakin, bütün humanitar təşkilatlar qeyd edirlər ki, HƏMAS indiyə qədər Qəzzada yüzdən çox məktəb və digər binanın inşası ilə məşğul olub, amma Qəzzada heç bir istehkamlar inşa edilməyib.
 Qəzzada işləyən humanitar təşkilatlar bildirirlər ki, onlar bu əraziyə yalnız əsas ərzaqlar olan un və qismən də yağ gətirə bilirlər. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Qəzza əhalisinin 61%-nin ərzaq çatışmamazılığı yaşadığını bildirib. BMT-nin Fələstinlilərə yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi isə bildirir ki, Qəzza əhalisinin 80%-i bu və ya digər səviyyədə ərzaq yardımına ehtiyaclıdır.
 Təşkilatn özü 750 min fələstinliyə, yəni Qəzza əhalisinin yarısına belə yardımların göstərilməsi ilə az da olsa, məşğul olur. 2007-ci ildən sonra isə, sərhədyanı keçidlərin bağlanması və yanacaq çatışmamazlığı səbəbindən Agentlik bu yardımı da dayandırıb. Bundan başqa Qəzzanın özündə bəzi ərzaqlar, o cümlədən ət, balıq, tərəvəz və meyvə istehsal edilir. Bəzi ərzaqlar da Misirdən yeraltı tunellər vasitəsilə gətirilir.
 Bununla yanaşı, Fələstin Statistika Bürosunun məlumatına görə, Qəzzada işsizlik 2010-cu ildə 38,6%-ə çatıb və buna görə də əhalinin bir hissəsi çörək kimi ən sadə ərzaqları da daimi əldə edə bilmir. Agentlik bildirir ki, 2007-ci ildən bəri Qəzzada içməli su, ət, çörək kimi ərzaq məhsullarını mütəmadi əldə edə bilməyən insanların sayı üç dəfə artıb.
 2008-ci ildə BMT tərəfindən aparılmış sorğuda məlum olub ki, Qəzzada olan ailələrin yarı hissəsi bütün qiymətli əşyalarını sataraq ərzaq əldə edib və bundan başqa borclar da götürüb. Və əhali qənaət etmək üçün xeyli az miqdarda meyvə, tərəvəz, ət məhsulları alıb.
 Sionist İsrail rejiminin 2009-cu ildə Qəzzada həyata keçirdiyi qətliam əməliyyatı, bu ərazinin kənd təsərrüfatına daha 180 milyon dollar məbləğində ziyan vurub.
 2007-ci ilin sentyabrında İsrail rejimi yenə də HƏMAS-ın hakimiyyətə gəlməsini bəhanə edərək Qəzzanı “düşmən ərazi” adlandırdı və bəyan etdi ki, buraya yanacaq ixracatının qarşısını alacaq. Vaxt keçdikcə Qəzzaya yanacaq ixracatı demək olar ki, tamamilə dayandı və bu olduqca böyük problemlərə gətirdi. Avtomobillər üçün yanacaq demək olar ki, yalnız Misirdən qazılmış tunellər vasitəsilə gətirilirdi.
 Britaniyanın “Oxfam” Xeyriyyə təşkilatının məlumatına görə, 2008-ci ilin noyabrından bəri Qəzzaya yanacaq ixracatı tamamilə dayandırılıb. Yalnız BMT-nin humanitar təşkilatları müəyyən müddət ərzində buraya yanacaq ixrac edə bilib. Bu səbəbdən demək olar ki, Qəzza elektrik enerjisindən tamamilə məhrum olub.
 Qəzzada istifadə edilən elektrik enerjisi İsrail rejiminin Fələstindən işğal etdiyi ərazidən (144 meqavat) və Misirdən (17 meqavat) ixrac edilir. 2007-ci ildə Qəzzada HƏMAS hakimiyyətə gəldikdən sonra bu stansiyalardan Qəzzaya elektrik enerjisi ötürülməsi dayandırılıb. Habelə burada elektrik enerjisi Qəzzanın özündə Avropa İttifaqı tərəfindən inşa edilmiş elektrik stansiyasından (80 meqavat) əldə edilir. Həmin stansiya elə Aİ tərəfindən idarə edilir.
 Bu elektrik stansiyası üçün yanacaq Qəzzanın əsas yanacaq terminalından gəlir. Həmin terminal İsrail rejimi ilə sərhəddə yerləşən Naxal-Ozda keçidindədir. Bu keçid bağlanan zaman stansiyaya yanacaq gəlmir və bu səbəbdən həmin stansiya bir neçə dəfə bağlanıb. Misal üçün, sionistlərin 2009-cu ilin yanvarında Qəzzada törətdikləri qətliam zamanı stansiya yanacaq olmadığından tamamilə bağlanmışdı və nəticədə Qəzzanın 2/3 hissəsi elektrikdən tamamilə məhrum olmuşdu.
 2008-ci ilin əvvəlindən etibarən İsrail rejiminin rəhbərliyi Qəzzaya ən minimum həddə yanacağın buraxılması barədə qərar verib və bu səbəbdən elektrik stansiyasının gücünün yalnız 2/3 hissəsindən istifadə etmək mümkün olub. Vəziyyətə nəzarət edən xarici agentliklər isə qeyd edirlər ki, 2008-ci ilin ikinci yarısından etibarən bu minimum da xeyli aşağı salınıb.
 2009-cu ilin sonundan etibarən Avropa İttifaqı elektrik stansiyasının yanacaq ilə təminatının maliyyələşdirilməsini İordan çayının Qərb sahilində formalaşdırılmış FƏTH təşkilatına verib. Mahmud Abbasın rəhbərlik etdiyi təşkilat qanunla hakimiyyətə gəlmiş HƏMAS təşkilatı ilə düşmənçilik etdiyindən, Qəzzada fəaliyyət göstərən stansiya üçün göndərilən yanacağın həcmini xeyli azaldıb.
 Xarici təşkilatların məlumatına görə, Qəzzada yerləşən evlərin hamısı həftənin 35-60 saatını elektrik enerjisindən məhrum olurlar.
 Məhvedici blokada Qəzzanın su təchizatı və kanalizasiyasına da öz təsirini göstərir. Ehtiyat hissələrinin olmaması onların təmirini mümkünsüz edir. Mütəmadi olaraq enerjinin dayandırılması mühərriklərin generatorlarla işlədilməsinə səbəb olur, lakin generatorlar üçün də yanacaq yoxdur.
 Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, İsrail rejiminin Qəzzada həyata keçirdiyi qətliam əməliyyatı onsuz da bərbad olan vəziyyəti daha da ağırlaşdırıb. ÜST-nin məlumatına görə, bu əməliyyatlar başlayana qədər Qəzza əhalisi tibbi normalarla icazə verilən su həcminin yarısına malik idilər. Lakin, bu əməliyyatlardan sonra Qəzza əhalisinin içməli su ilə təminatı dözülməz vəziyyətə gəlib.
 Qəzzada kanalizasiya sisteminə nəzarət edən idarənin məlumatına görə, hər gün dənizə 50 milyon litr təmizlənməmiş tullantı və çirkab sular axıdılır. Çirkab suların bir hissəsi Qəzzada böyük ehtiyat quyularında saxlanılır.
 Dünya Bankının məlumatına görə, 2007-ci ildə Qəzzada işsizlik səviyyəsi 30%-dən 40%-ə qalxıb, 2010-cu ildə isə nisbətən azalıb. Və BMT-nin məlumatına görə, bu əraziyə humanitar təchizat dayanan zaman, burada yaşayan ailələrin 70%-i gündəlik 1 dollardan aşağı vəsaitə yaşayır.
 Sərhədlərin bağlanması özəl sektorun tamamilə dağılmasına səbəb olub. 2007-ci ilə qədər Qəzzaya hər ay 750 yük maşını ilə mebel, ərzaq, tekstil və kənd təsərrüfatı məhsulları idxal edilirdi. İdxalat həcmi hər gün üçün yarım milyon dollara bərabər idi. Hətta yerli əhali üçün də məhsulların istehsalı xeyli dayandırılıb, belə ki, əraziyə xammal ixrac edilmir.
 Fələstin Ticarət Mərkəzinin məlumatına görə, blokadaya qədər Qəzzada 350 müəssisə çalışırdı ki, burada 3900 insan işləyirdi. 2008-ci ilin iyununa qədər isə cəmi 90 müəssisə öz işini davam etdirə bildi və onların əməkdaşlarının sayı 860 nəfərə endi.
 Fəaliyyət baxımından kənd təsərrüfatı burada ən vacib sahədir. Lakin, ixracat sıfra bərabər olduğundan hər il minlərlə ton gül, meyvə və tərəvəz məhv olur və ya daxili bazarda ucuz qiymətə satılır.
 Kənd təsərrüfatının digər sahələri də iflic olub. Yanacaq olmaması inkubatorların fəaliyyətini dayandırıb və bu səbəbdən hər il 165 min ton balıq kürüsü məhv olur.
 BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin məlumatına görə, Qəzzada sionistlərin törətdikləri “Əridilmiş qurğuşun” adlı qətliam əməliyyatı zamanı 180 milyon dollar həcmində ağac, bitki, ev heyvanı və parniklər məhv edilib. Fələstin hakimiyyətinin məlumatına görə, kənd təsərrüfatı məhsullarının ümumilikdə 15% hissəsi bu əməliyyatlar zamanı məhv olub.
 Tikinti materiallarının, xüsusilə sement, taxta, dəmir kimi məhsulların Qəzzaya gətirilməsinə qoyulan qadağa müxtəlif layihələrin– su təchizatından tutmuş, nəqliyyat və infrastruktur layihələrinədək sahələrə zərbə endirib. Sionistlərin 2009-cu ildə həyata keçirdikləri dağıdıcı əməliyyat zamanı uçurulmuş bina və infrastrukturların bərpası qeyri-mümkündür.
 BMT bildirir: ərziyə sement ixracına qoyula qadağa, hərbi əməliyyatlar zamanı zərər çəkmiş və ya tamamilə dağıdılmış 12 min evin bərpasını qeyri-mümkün edir. BMT-nin məlumatına görə, 15 min şagird üçün məktəb inşa etməyə ləvazimat yoxdur.
 2007-ci ildən bəri Qəzza tikinti materialları inşa edən zavodlar (30 sement, 250 kərpiç, 13 daş, 145 mərmər zavodu) bağlanıb, yol, su, sanitariya infrastrukturlarının, məktəb, tibb müəssisələri, məscid və evlərin inşası dayandırılıb.
 Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Qəzzaya tətbiq edilən blokada əhalinin sağlamlığını böyük təhlükə altında qoyub. ÜST-nin məlumatına görə, əsas problem burada dərmanların olmamasıdır. Təşkilatın məlumatına görə, blokada səbəbindən Qəzzada olan tibbi ləvazimatların heç biri demək olar ki, lazımi səviyyədə deyil. Tibb müəssisələri üçün avtomobillər də yoxdur.
 Elektrik enerjisinin olmaması səbəbindən tibb müəsissələri generatorlarla işləməyə məcbur olur və öncə də qeyd etdiyimiz kimi, yanacaq çatışmamazlığı səbəbindən bu generatorlar da işləyə bilmir. Bu zaman xəstəxanaların reanimasiya şöbələrində olanların və əməliyyat keçirənlərin sağ qalmaq ehtimalı demək olar ki, sıfra bərabər olur.
 Qəzzada olan xəstəxanaların altısı sionistlərin hücumları zamanı dağıdılıb. Qəzzada ciddi xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi üçün heç bir təchizat yoxdur.
 ÜST-nin məlumatına görə, 2009-cu ildə blokada səbəbindən ölkəni tərk edə bilməyən 27 nəfər ağır xəstəliklə həyatını itirib. Misir ilə Qəzza arasında Rəfah keçidi də 2007-ci ildən bağlı olduğundan ağır xəstələr öz dərdlərinin çarəsini xaricdə ala bilməyib. 

Комментариев нет:

Отправить комментарий