2011-cilin yeni daxil olmasına baxmayaraq, ölkədə həbs olunaraq qurbana çevrilən ictimai şəxslərin sayı həddindən artıq çoxdur
![]() Qeyd edək ki, fevralın 5-dən həbsdə olunan Cabbar Savalanlı, bu gün keçirilən məkkmədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib. Hakim İlqar Məmmədov Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2011-ci ildə cinayət məsuliyyətinə alınan digər ictimai-siyasi fəalların siyahısı: Həbsdə olanlar: Mövsüm Səmədov - Azərbaycan İslam Partiyasının (AİP) lideri Vaqif Abdullayev - AİP sədrinin müavini Rufulla Axundzadə - AİP Astara rayon təşkilatının sədri Firdovsi Məmmədrzayev - Mövsüm Səmədovun qayını Dəyanət Səmədov - Mövsüm Səmədovun əmisi oğlu Azər Cəbiyev - Gəncə ruhanisi Fəxri İlyasov - Gəncə ruhanisi Nemət Pənahlı - Xalq hərəkatının liderlərindən biri Ceyhun Fərzullayev - Nemət Pənahlının yaxın dostu Bəxtiyar Hacıyev - bitərəf fəal, deputatlığa namizəd Cabbar Savalan - AXCP fəalı Şahin Həsənli - AXCP təşkilat şöbəsinin müdiri Arif Hacılı - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Tural Abbaslı - Müsavat Gənclər Təşkilatının sədri Əhəd Məmmədli - Müsavat Gənclər Təşkilatının sədr müavini Elşən Həsənov - Müsavat fəalı Məhəmməd Məcidli - AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sahib Kərimov - AXCP sədrinin müşaviri Ülvi Quliyev - bitərəf, YAP üzvü olduğu da deyilir Babək Həsənov - AXCP fəalı Zülfüqar Eyvazov - AXCP Nizami rayon şöbəsinin sədri Arif Alışlı - AXCP fəalı Rüfət Hacıbəyli - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Elnur İsrəfilov - bitərəf Vidadi İsgəndərli - Hüquq müdafiəçisi, İctimai Palatanın üzvü Polisin nəzarətində olan Fuad Qəhrəmanlı - AXCP sədrinin müavini Ev dustağı: Hacı Zülfüqar Mikayılzadə - ilahiyyatçı alim Axtarışda olanlar: Yusif Ələkbərov - AİP Gəncə təşkilatının sədri Elnur Məcidli - bloqçu. |

Комментариев нет:
Отправить комментарий