10.05.2011

6 MAY AKSİYASINDA HƏBS OLUNANLARLA BAĞLI YENİ MƏLUMAT

Polis əməkdaşları aksiyada qadınlara belə hörmətsizlik etməkdən çəkinməmiş və onlara fiziki zor tətəbiq etmişlər



FaktXeber.com-un verdiyi məlumata görə, Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilən "Hicaba azadlıq!" aksiyası zamanı saxlananların 9-una sutkalıq həbs cəzası verilib. 5 nəfər barəsində isə cinayət işi başlanıb.

Onlardan biri - Tərlan İsmayılovun vəkili Dilqəm Ağayev AzadlıqRadiosuna bildirib ki, müdafiə etdiyi şəxsə fiziki zorakılıq olub: "Bədənində, üzündə xəsarət izləri var. Tezliklə ekspertizanın rəyi açıqlanacaq. Ona cinayət məcəlləsinə əsasən 221.2 və 221.3 cinayət işi açılıb.Hal hazırda barəsində istintaq işləri aparılır. Dünən Tərlan İsmayılov Kürdəxanı təcridxanasına aparılıb."

Qeyd edək ki, sayları 400-500 olan dindarlar, Təhsil Nazirliyinin binasına iki istiqamətdən yürüş ediblər. "Hicaba Azadlıq", "Misir istefa", "Biz zülm etmərik, zülmə boyun əymərik" deyə şüarlar səsləndirən dindarlar, sonda Təhsil Nazirliyinin qarşısına gəlməyə nail olublar. Aksiya zamanı yerli polis və mülki geyimdə olan şəxslər nümayişçilərə, o cümlədən jurnalistlərə qarşı həddindən artıq kobud davranıb. Aksiya zamanı "FaktXəbər" internet qəzetinin iki əməkdaşına də xəsarət yetirilib və kameraları sındırılıb. Polis aksiya zamanı göz yaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. Qadınlara belə hörmətsizlik etməkdən çəkinməmiş və onlara fiziki zor tətəbiq etmişlər.

Комментариев нет:

Отправить комментарий