10.05.2011

SOVETSKİ MƏHƏLLƏLƏRİNDƏ KÜTLƏVİ SÖKÜNTÜ

Planda 6 küçənin tam, iki küçənin isə yarımçıq sökülməsi nəzərdə tutulub



Son dövrlər keçmiş Sovetski adlanan məhələlərin sökülməsi ilə bağlı gəzən söz-söhbətlərə nəhayət ki, son qoyuldu. Belə ki, həmin ərazidəki ünvanlar üzrə söküləcək evlərin adları açıqlanıb. Bakı meriyası Mənzil İstismar Sahələrinə söküləcək mənzillərin qeydiyyata alınması ilə bağlı məlumatların toplanılması barədə tapşırıq verib. Hazırda MİS-lər söküləcək ərazilərdə yaşayan insanların və evlərin qeydiyyatını aparmaqla məşğuldurlar. Söküləcək ərazilər isə bunlardır:

- Bəşir Səfəroğlu küçəsindəki tək nömrəli evlər;
- Çingiz Mustafayev küçəsi (hamısı);
- Vidadi küçəsi (hamısı);
- Mirzağa Əliyev küçəsindəki cüt nömrəli evlər;
- Murtuza Muxtarov küçəsi (hamısı);
- Abdulla Şaiq küçəsi (hamısı);
- Zərgərpalan küçəsi (hamısı);
- Sovetski küçəsi (hamısı). 


Söküləcək evlərin müqabilində hansı məbləğdə pul ödəniləcəyi barədə heç bir məlumat verilmir.
FaktXeber.com-un verdiyi məlumata görə, sakinlər, onlara evlərin hər kvadratına görə, 1500-2000 manat pul təklif olunacağını bildirilər. Belə bir qənaətə gəlmələrinə səbəb kimi isə Füzuli küçəsindəki evlərin sökülməsindən sonra qeyd olunan məbğəldə kompensasiyanın verilməsidir.

Комментариев нет:

Отправить комментарий