15.05.2011

6 YAŞLI SUMAN DOYMAQ NƏDİR BİLMİR

Çarəsiz qalan ana, "Yemək vermədiyim zaman ağlamağa başlayır, məndə dözə bilmirəm"-deyə bildirir



Hindistanın Qərbi Bengal bölgəsində yaşayan və dünyanın ən kök uşaqlardan biri olan 6 yaşlı Suman Xatun, öz yaşıdlarından 5 dəfə ağırdır. FaktXeber.com-un verdiyi məlumata görə, dünyanın ən kök uşaqlarından biri olan Suman 88 kiloqramdır. Anası Beli Bilinin sözlərinə görə, kiçik Suman doymaq nədir bilmir. Çarəsiz qalan ana, "Yemək vermədiyim zaman ağlamağa başlayır, məndə dözə bilmirəm. Çölə çıxandada qonşulardan yemək istəyir. Belə bir hal mənim üçün utanc vericidir. Amma artıq qonşular da alışıblar"-deyə bildirib.

Sumanın gündəlik yemək menyusu:

Səhər: 20 biskivit, 12 banan, 2 qab plov və 5 yumurta

Nahara qədər: 15 biskvit və 10 banan

Nahar yeməyi: 2 qab plov, 2 kasa ədviyyatdan hazırlanmış balıq şorbası, kartof və pomidor sousu,

Şama qədər: 10 ədəd şəkərləmə, 15 biskvit, 10 banan

Şam yeməyi: 2 qab plov, 2 kasa ədviyyat souslu balıq, kartof və pomidor sousu.




Комментариев нет:

Отправить комментарий