23.05.2011

ABŞ-da gördüyüm yuxuları 14-cü kalonda da görürdüm


Riçmond Universiteti ilə 14-cü kalon arasında hansı əlaqələr var?
Dəyişiklikləri Facebook yox, insanlar edir
Adnan Hacızadə son illərin ən parlaq və ən populyar adlarından birinə çevrildi. Azadlığa çıxmış vicdan məhbusu, virtual texnologiyaların bilicisi və sosial şəbəkələrin fəal iştirakçısı kimi Adnan Azərbaycanın çağdaş gəncliyinə örnək ola biləcək isimlərdəndir. Nəhayət, bizim layihənin də iştirakçısı olmaq razılığını verdiyinə görə ona təşəkkür edirik.
Onun bioqrafiyasını biz də danışa bilərik: 
1983-cü ildə Bakı şəhərində anadan olub. Bakı Avropa Liseyini bitirib. 1999-cu ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə keçirilən FLEX şagird mübadiləsi proqramı ilə bir il ABŞ-da məktəbdə təhsil alıb. Xəzər Universitetinin hüquq fakültəsinin məzunudur. ABŞ-da Riçmond Universitetinin politologiya fakültəsinin məzunu olub. “Amerikanın Səsi” radiosunda və ATƏT-də təcrübə keçib. BP şirkətinin Daxili Əlaqələr şöbəsində işləyib. Hərbi xidmətdən çavuş rütbəsi ilə qayıdıb. 2009-cu ildə ictimai fəaliyyəti ilə əlaqədar olaraq haqsız yerə həbs olunub və ömrünün 17 ayını dəmir barmaqlıqlar arxasında keçirib. Hazırda “OL!” Azərbaycan Gənclər Hərəkatının layihələrində könüllü kimi çalışır.

- Facebook-da göstərdiyi ad realdırmı və real olmayan adlara münasibəti necədir?
- FB-də öz adımla oturmuşam. Real olmayan adlara münasibətim mənfidir. Amma heç kimi qınamaq fikrim yoxdur. Hər insanın şəxsiyyətini gizlətmək üçün öz səbəbi ola bilər. Xüsusi olaraq online fəaliyyətə görə təqiblərin bu qədər böyük olduğu cəmiyyətdə yaşadığımıza görə.
- Neçə FB hesabınız var?
- Bir. Neçə olmalıdır ki?
(Bu, bizim istəyimiz deyil. Indi elə adamlar var ki, 10-15 FB hesabı ilə təmsil olunurlar - red.).
- FB sizin üçün nədir? Onu necə qəbul etdiniz və onun dəyərini nədə görürsünüz?
- FB mənim üçün lazım bildiyim məlumatların asan yayılması üsulu və yaxın olan insanlarla asanlıqla təmasda olmaq vasitəsidir.ÿ
Fasebook - məni həyatın xülasə formasına öyrədib
- Başqa sosial şəbəkələrdə varsınızmı? Sosial şəbəkələrin xeyiri və zərəri barədə fikirləriniz?
- YouTube-da və Twitterdə varam. Xeyri odur ki, istədiyin kimi istifadə edə bilərsən. Zərəri odur ki, birincisi, bütün boş vaxtını bunlara sərf etmiş olursan; çoxlu enerji aparır; facebookda yazdığım statusları üst-üstə yığsam indi bir-iki roman yazmış olardım; sosial şəbəkələr insanlara məlumatı tez və yığcam porsiyalarla ötürür, buna görə də insan öz diqqətini uzun müddət bir şeyin üzərində saxlaya bilmir - məsələn, mən artıq uzun kinolara baxmaqda və ya uzun məqalə oxumaqda çətinlik çəkirəm, istəyirəm ki, hər şey mənə xülasə şəkildə təqdim olunsun fb-dəki kimi.ÿ
Azərbaycanda siyasət ölüb!
- Siyasətə nə dərəcədə dəxlinizin olduğunu düşünürsüz?ÿ
- Bir vətəndaş kimi baş verənləri izləyirəm. Siyasi fəaliyyətdə bulunmuram. Azərbaycanda siyasət yoxdur, boğulub.
- FB-də fəaliyyətinizi siyasi fəaliyyət sayırsınızmı?
- Xeyr, mən sırf maariflənmə və ictimai fəaliyyətlə məşğulam.ÿ
Həyat dostlarımı virtual dostlara çevirirəm
- FB-də qazandığınız dostları gerçək həyat dostlarına çevirə bilirsinizmi?
- Xeyr. FB-də dost qazanmaq mümkün deyil. Əksinə, həyat dostlarımı sonra FB dostlarıma çevirmişəm. FB-da “dost” sadəcə bir “yarlık”dır və heç nəyin göstəricisi deyil. “Dost” siyahımda olan insanların 80 faizini şəxsən tanımıram.
- FB müzakirələrini ciddi siyasi müzakirə sayırsınız, ya vaxt öldürmək?
- Vaxt öldürmək və fikir paylaşmaq. Ciddi müzakirə nadir hallarda olur. Amma olanda olur.
Mən FB-də də blogerəm
- Sizcə, indi FB müzakirələri ictimai rəyə təsir baxımından ənənəvi KIV-lə müqayisədə çoxmu uduzur? Ümumiyyətlə, uduzurmu?
- Bəli uduzur. Məncə, Azərbaycanda ən təsirli KIV Televiziyadır, ikinci yerdə FM radio, üçüncü yerdə qəzetlərdir, FB bu siyahıda hələ ki, axırda gedir və yalnız qəzetlərlə rəqabət apara bilər. Yaxın 5 ildə, Internetin sürətinin artması, qiymətinin azalması və FB istifadəçilərinin artması ilə vəziyyət FB-nin xeyrinə dəyişə bilər.
- FB-də itirdiyiniz vaxt peşə fəaliyyətiniz üçün itki sayıla bilərmi?
- Mən blogerliyi peşə fəaliyyətimin bir hissəsi kimi qiymətləndirirəm və FB-dəki fəaliyyətimi blogerlik kimi görürəm, ona görə itki saymazdım.
Dəyişiklikləri Facebook etmir, insanlar edir
- FB-ni dəyişikliklərin əsas təşkilatçısı sayırsınızmı? Mətbuatda ərəb ölkələrində baş verən inqilablarda FB-nin böyük rolu olduğu söylənilir. Siz necə fikirləşirsiz?
- Xeyr. Əsas təşkilatçılar insanlardır. Facebook yox olanda bəyəm inqilablar, dəyişikliklər baş vermirdi? FB gəlib bizim yerimizə dəyişiklik etməyəcək cəmiyyətimizdə. Bu, sadəcə bir vasitədir ki, bir çox şeyi asanlaşdırır.
Fasebook həbsxanada da mənimlə olub
- Həbsdə olduğunuz müddətdə FB boşluğunu necə doldurmağa çalışırdıniz?
- Dostlarım FB Divarımı mənə çap olunmuş vəziyyətdə göndərirdi, ona görə hətta həbsxanada, demək olar, FB-dən istifadə edirdim.
- Gələcək planlarınız barədə məlumat vermənizi istərdik.
- Video blogerlik fəaliyyətimi davam etmək fikrindəyəm.
- FB idarəçiliyi sizin əlinizdə olsaydı, siz hansı dəyişiklikləri edərdiniz?
- Dostların sayının limitini qaldırardım.
Əgər buradakı adlar “yarlık”dırsa...
- Dostların limitini qaldırmaq nəyi dəyişir ki? Sənin buradakı insanlara münasibətin “yarlık”la məhdudlaşırsa?
- Dostların sayının limitinin artırılması çox vacibdir, çünki mən daha çox insanla öz fikirlərimi, ideyalarımı və lazım bildiyim məlumatı bölüşə bilirəm. “Dostlar” siyahısında nə qədər çox insan varsa, şəbəkən o qədər genişdir.
Həbsxanada Fasebook-u tanımırlar, amma orada internet lazımdır
- Məhbus yoldaşların arasında Facebookun nə olduğu barədə anlayışı olanlar vardımı?
- Xeyr, amma Internetin nə olduğunu bilən çox idi. Sosial Şəbəkələrdən isə ən çox odnoklassniki.ru veb səhifəsini tanıyırdılar. Çünki çoxlarının Rusiya ilə gediş-gəlişi var.ÿ
- Necə düşünürsən, həbsxanada internet ola bilərmi? Bunu necə təsəvvür etmək olar?
- Yaxşı sualdır. Məncə, böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə həbs olunmuş insanlar üçün Internetə çıxış yaratmaq lazımdır. Bu, ümumi səviyyənin artırılmasına, təhsilə və ümumiyyətlə, islah prosesinə yardımçı ola bilər. Skype-dan istifadə olsa, məhbusların ailələri ilə ünsiyyəti də asanlaşar. Mən bunun lehinəyəm.ÿ
Riçmond universiteti ilə 14-cü kalonun fərqi
- Riçmond Universitetinin auditoriyaları ilə 14-cü kalonun divarları arasında nə qədər təzad var? Bu kontrastı yaşamaq psixoloji ziddiyyətlər yaradırmı?
- Ümumiyətlə, “azadlıq” nisbi anlayışdır. ABŞ-da yaşayan insanların hamısı heç də tam şəkildə azad olmaya bilər, amma, ən azı onların azadlığa can atmağa hüquqları və imkanları var. 14-cü cəzaçəkmə müəssisəsində isə azadlıq artıq tam “coğrafi” anlam daşıyır və onun hüdudlarını sən həm görə, həm hiss edə bilirsən. Riçmonddan sonra mən hərbi xidmətdə də olmuşam, əsas “psixoloji ziddiyyət” orada yaşanmışdır.
ABŞ-da və həbsxanada eyni yuxuları görürdüm
- Yuxu da virtualdır. Həbsxanada və universitet illərində gördüyün yuxuları tutuşdura bilərsənmi?
- Universitet vaxtında yuxuda Azərbaycanı görürdüm. Yəni, yaşadığım şəhəri, evi, dostlarımı, yaxınlarımı və s. Həbsxanada həmçinin. Indi mənə çatır ki, hər iki yerdə eyni yuxular görürdüm. Çox maraqlıdır.
Ayəndə Mürsəliyeva

Комментариев нет:

Отправить комментарий