07.05.2011

Baku-forumunun açılışı oldu


Baku-forumunun açılışı oldu
ANN.az saytının ofisində jurnal redaktorlarının Baku-forumunun açılışı olub. Tədbiri giriş sözü ilə forumun təşkilatçısı,  yazıçı Rasim Qaraca açıb. O, qonaqları salamladıqdan sonra görüşün əhəmiyyətindən danışıb. “ Baş redaktorların bu günkü toplantısı mədəniyyətlər arası körpü yaranmasında və ədəbiyyatın inteqrasiya etməsində böyük rol oynayacaqdır.” Daha sonra xaricindən gələn nümayəndə heyəti təmsil etdikləri jurnallar haqqında məlumat verdillər.

Qeyd edək ki, forumda İsveçrə, Gürcüstan, Almaniya, Türkiyə Rusiya ədəbi nəşrlərinin üzvləri iştirak edirdi. Sıra ilə Ertoğrul Özüaydın (Türkiyə, “Patika” ), Fəthi Gədikli (Türkiyə, “Yom”magazin),  Martin Zinq (İsveçrə, “Drehpunkt”),  Rud Qantert (İsveçrə,“Viceversa”),  Nuridə Atəşi (Körpü),  Paata Şamuqia (Gürcüstan,Demo.ge), Kordasia (Gürcüstan, “Uot Chocolate”) çıxışları dinlənildi. Tədbir yerli jurnalların və ədəbiyyat portallarının rəhbərlərinin - Tehran Əlişanoğlu ("Tənqid.net"), Əkbər Qoşalı (Dünya Gənc Türk Yazarlar Birliyi), Cəlil Cavanşir ("Doqquz iqlim"), Rövşən Danyeri (Adyazar.az) , Zahir Əzəmət ("Kultaz" mədəniyyət saytı), Səlim Babullaoğlu ("Dünya ədəbiyyatı"), Elxan Zal ("Ulu çinar") , İlqar Rəsul (Azadlıq radiosunun "Oxu zalı") çıxışı ilə davam etdi.

Sonda Tehran Əlişanoğlu ədəbiyyat jurnalları barəsində məruzə etdi.

Комментариев нет:

Отправить комментарий