07.05.2011

Quba rayon sakini həyat yoldaşını bıçaqlayandan sonra özünə qəsd edib


Quba rayon sakini həyat yoldaşını bıçaqlayaraq daha sonra özünə qəsd edib
Quba rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun 1-ci Nügədi kənd sakini 1967-ci il təvəllüdlü Xalidov Bəxtiyar Fikrət oğlu həyat yoldaşı 1975-ci il təvəllüdlü Xalidova Ceyran Vəzir qızına üç bıçaq zərbəsi endirərək ağır bədən xəsarəti yetirib. Daha sonra Bəxtiyar Xalidov yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq öldürmək istəsə də evdə olan qohumları tərəfindən onun həyatı xilas edilib. Onların hər ikisi təcili olaraq Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsinin müdiri Ayaz Səfərovun APA-ya verdiyi məlumata görə, hər iki xəstənin vəziyyəti ağırdır.

Onu da bildirək ki, Bəxtiyar Xalidov öz həyat yoldaşından ayrı yaşayırdı. Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

milli.az

Комментариев нет:

Отправить комментарий