17.05.2011

BEYNƏLXALQ AVTOVAĞZALIN BİABIRÇI VƏZİYYƏTİ


TİKİLƏN YENİ AVTOVAĞZAL KİMƏ VƏ NƏYƏ XİDMƏT EDİR?

Son günlər mediada yazılan bütün informasiyalar mitinq və aksiyaların keçirilməsinə yönəlmişdirsə, mən onun əksi olaraq bir qədər kənara çıxıb sosial problemimiz olan avtovağzalın indiki halına toxunmaq istərdim. Bütün dünya standartları şəraitində tikilən bu obyekt xidmət etdiyi gündən hal-hazıradək sadəcə xalqın əsəbləri ilə oynamaq funksiyasını yerinə yetirmişdir. İlk onu qeyd etmək istərdim ki, tərif altında yuzlərlə obyekti olan avtovağzal sadəcə çöldə sərnişinləri ora-bura daşımaqdan ibarətdir. Belə deyək əhalidən alınan 2-3 min manatlar öz səmərəsini vermədi. Hər kəs avtovağzalın daxilindəki obyektin alınmasına bu miqdarda pul keçirdi. Hazırda isə mağazanın saxlanılması üçün hər bir sahibkar 100 manat vergi pulu ödəməlidir. Axı niyə 100 manat? Burada hamı bilirki hazırda heçbir sahibkarın fəaliyyəti normal çalışmır, bütün obyektlər hamısı qapalı vəziyyətdədir və fikir versəniz üstlərində satılır və ya icarəyə verilir sözləri yazılıb. Bu azmış kimi əgər sahibkar fəaliyyət göstərirsə 100 manatdan əlavə işıq pulu, istilik pulu və telefon pulu da mütləq ödəməlidir. İnsanların bəlası olan tualet məsələsi isə təbii ki, pulludur 20 qəpik. Bir ona nəzər yetirmək olar ki, avtovağzalın bütün giriş-çıxış nöqtələrindəki obyektlər hamısı Elton Məmmədova aiddir. Bütün rayonlara və respublikadan kənar reyslər hamısı onların monopoliyası altında açılmış avtobuslar əsasında həyata keçirilir. Məsələn sual olunur Türkiyəyə olan reyslər niyə buradaN fəaliyyət göstərmir? Araşdırmam nəticəsində məlum olmuşdur ki, Türkiyə istiqamətində hərəkət edən bütün avtobuslar əsasən Sahil metrosu ətrafından reysə çıxır. Buyurun hərənin öz dolyası var, mən səni tanımılram sən də məni.


Avtovağzaldan məqaləni hazırlayarkən buranın giriş-çıxış nöqtələrini və fəaliyyət göstərən taksilərin durumunu xüsusi qeyd etmək istərdim. Bura giriş təbii ki, pulladır. Sadəcə özləri (buranın məmurları) üçün pulsuzdur. Taksilər isə dayanacaq 1 manat, girdin-çıxdın 1 manat. Axı bu pullar hara gedir, heç bir dövlət rüsumu göstərilməyən bu qaimələr kimin cibinə axır?


Avtovağzalın internet təminatına gəlincə isə sadəcə onu söyləmək olar, burada monopoliya əlindədir. Monopoliya sahibi isə yenədə Nəqliyyat Nazirliyi. Nəqliyyat Nazirliyinin dəstəyilə yaranan və özəl qurum kimi qeydiyyatdan keçən "Transevrokom" şirkəti bütün avtovağzalın monopoliyasını əlində cəmləşdirir. Respublikada limitsiz internet 20 manat və ya daha aşağı olduğu halda burada 512MB 30 manatdır. Digər provayderlərin bura gəlişi isə yasaqdır.


Avtovağzalımızın acı taleyini Sizlər də mənimlə bölüşün.


QAZETA ANALİTİK İNFORMASİYA MƏRKƏZİNİN RƏHBƏRİ VÜQAR RƏŞİDOV

Комментариев нет:

Отправить комментарий