Mahir Cavadov: "Mənim bildiyimə görə, Elçibəy Qarabağın ermənilərə verilməsi üçün çalışırdı"
![]() Məsələnin ciddiliyini nəzərə alıb keçmiş OMON rəhbəri mərhum Rövşən Cavadovun qardaşı, hazırda mühacirətdə yaşayan Mahir Cavadovla əlaqə saxladıq. Bu barədə FaktXeber.com-a açıqlama verən M.Cavadov faktı təsdiqlədi: “Bəli, bunlar faktdır! Qarabağ müharibsində İranin bizə hərbi köməyinin qarşısını o vaxtki rəhbərlik Ermənistanla Qarabağla bağlı imzaladıqları 12.05.1994-cü il tarixli əbədi (bu sözü məhz Əliyevlər o sənədə rəsmən əlavə ediblər) atəşkəs müqaviləsini imzalamaqla alıblar. Mənim bildiyimə görə, Elçibəy Qarabağın ermənilərə verilməsi üçün çalışırdı. Ermənilər tanklarla Füzuliyə hücum edərkən, Rövşən Cavadov o zamanlar Baş Komandan olan Elçibəydən xahiş etmişdi ki, onun sərəncamında olan anbarlardakı tank əleyhinə silahları OMON-a versin. O isə onları verməsin deyə, Az.TV ilə çıxış edərək demişdi ki, əgər İran tankları Azərbaycana hücum etsələr, o zaman o qarnına mina bağlayıb özünü tankların altına atacaq. Halbuki, o anlarda bizim üstümüzə İran tankları yox, erməni tankları hücum edirdilər. Yəni, Elçibəyin Azərbaycanı ermənilərdən qorumaq fikri yox idi.” |

Комментариев нет:
Отправить комментарий