09.05.2011

BƏHREYN REJİMİ 60 MƏSCİDİ DAĞITDI

Fars Körfəzi ölkələrindən olan Bəhreyndə diktator öz başınalığı davam edir



Fars Körfəzi ölkələrindən olan Bəhreyndə diktator öz başınalığı davam edir. Müsəlmanların fevral ayından başladığı nümayişlərin hazırki hakimiyyət tərəfindən amansızcasına qarşısı alındıqdan sonra, növbəti dəfə Bəhreyn rejimi şiə məscidlərini sökməyə başlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, gecə yarısından polisin və güc strukturlarının nəzarəti altında kəndləri gəzən buldozerlər 60 məscidi dağıdıblar.

Verilən məlumatda sökülən məscidlərdən birinin 400 illlik tarixi olduğu bildirilib. Bəhreyndə yerləşən 600 ibadət ocağının yalnız 10%-nin söküldüyünü deyən ədliyyə naziri Xalid Əli Xəlifi, sökülən məscidlərin qeyri-qanuni olaraq tikildiyini söyləyib. Məscidlərin bəzilərinin tarixi abidə olduğu bildirilib.      

Bundan əlavə paytaxt Mənamada kral ailəsinə qarşı nümayiş keçirən şəxslərin, gizli məhkəmələri keçirilərək edam olunurlar. Nümayişlər zamanı yaralanan şəxslərə tibbi yardım göstərən həkimlər, müxalifətçi tələbələr, jurnalistlər və müxalifət liderləri həbsə atılıblar. Ökədə elan olunan fövqalədə vəziyyət iyun ayının 1-də aradan qaldırılacağı bildirilir.
Liviya və Suriyada baş verən xalq nümayişlərinə dəstək verən ABŞ höküməti, Bəhreyndə baş verən insan qətliamlarına laqeyd yanaşır. Qeyd edək ki, Bəhreyn ABŞ-ın 5 hərbi donanmasına ev sahibliyi edir.
Kral monarxiyasının dağıtdığı məscidlər bəziləri bunlardır:
1- Salamabad şəhəri:  100 illik tarixi olan İmam Sadiq məscidi 
2- Əali şəhəri: 400 illik tarix olan Əmr Məhəmməd Buraqi məscidi 
3- Nuvaidrat şəhəri: Ən az 10 məscidi dağıdılıb.
4- Sitra şəhəri: 100 illik Şeyx Abid məscidi yıxıldı.

Комментариев нет:

Отправить комментарий