06.05.2011

"BİZ ZÜLM ETMƏRİK, ZÜLMƏ BOYUN ƏYMƏRİK"

Təhsil Nazirliyinin qarşısındakı aksiyada polis və mülki geyimlilər inanclılara qəddarcasına davrandılar



POLİSİN DİNDARLARA QARŞI RƏFTARI PİSLƏNDİ

Bu gün sayları təqribən 400-500 olan dindarlar, Təhsil Nazirliyinin binasına iki istiqamətdən yürüş ediblər. "Hicaba Azadlıq", "Misir istefa", "Biz zülm etmərik, zülmə boyun əymərik" deyə şüarlar səsləndirən dindarlar, sonda Təhsil Nazirliyinin qarşısına gəlməyə nail olublar. Aksiya zamanı yerli polis və mülki geyimdə olan şəxslər nümayişçilərə, o cümlədən jurnalistlərə qarşı həddindən artıq kobud davranıb. Aksiya zamanı "FaktXəbər" internet qəzetinin iki əməkdaşına də xəsarət yetirilib və kameraları sındırılıb.

Məlumat üçün bidirək ki, Təhsil Naziriliyinin qarşısında keçirilən aksiya zamanı 150-200 nəfər yaxın nümayişçi həbs olunub. Yaxınlıqda yerləşən müxtəlif polis bölmələrinə aparılan nümayişçilərin arasında bədən xəsarətləri alanlar, amasızcasına döyülənlər və qadınlar da var. Polis aksiya zamanı göz yaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Bundan Əlavə ilahiyyatçı alim Taleh Bağırov da həbs edilib. Onun hal-hazırda harada saxlanılması barədə məlumat verilmir.
Dindarların  Azərbaycan Təhsil Nazirliyinin qarşısında keçirdiyi aksiyadan ikinci videonu sizlərə təqdim edirik. Görüntülərdə polis əməkdaşlarının aksiayada iştirak edən dindaralara qarşı amansız hərəkəti açıq-aydın görünür. Nümayişçilərə ayaq, yumurq və dəyənəklərlə zərbə endirən polislər, bununla da öz humanistliklərini nümayiş etdiriblər.

Qeyd edək ki, polis əməkdaşları aksiyada qadınlara belə hörmətsizlik etməkdən çəkinməmiş və onlara fiziki zor tətəbiq etmişlər.

Комментариев нет:

Отправить комментарий