25.05.2011

Bizim ölkəmizdə

 Yusif Əsəd 
Professional Oxucu Liqası

  Bizim ölkəmizdə ziddiyyət odur ki, bir şey bu cür olmalıdır, amma nədənsə başqa cürdür

 Deyirlər alan satıcıdan çox olmasa iqtisadiyyat tənəzzülə doğru gedər, böhran baş verər. Bəs elədirsə, niyə tərsinədir?! Dünyada hamı satır, alandan çox satan var. Bundan başqa nəzərə alsaq ki, sənədsiz torpaq satan, qədim abidələrin yerini “təhlükəlidir, uça bilər” deyib sökərək satan, narkotika satan, hərbidə əsgərlərin “payokunu” satan, səhiyyədə xəstələrin dərmanlarını satan, təhsildə şagirdlərin ləvazimatını satan, sosial fondda yardımın ilk dörd ayını satan, nə bilim adam satan, qonşusunu satan, qardaşını, namusunu, torpağını, dinini, imanını satan... Yox, deyəsən çox əsəbləşdim. Əsəbləşdimsə, onda bəsdir, qalanını onsuz da siz də bilirsiniz.
 Deyirlər nazir ərəbcə nəzər edən mənasındadır. Yox, mən inanmıram bu söz o mənada olsun. Niyə? Çünki, elə olsa Daxili İşlər Nazirliyi polislərə nəzər salar və biz də onların çoxuna “nəzarətdən kənarda qalmışlar” adını qoymarıq.
Əgər Nazir nəzarət, yaxud, nəzər mənasındadırsa, onda səhiyyə Nazirliyinin əməkdaşları nəzarətdən kənarda qalmaz və onlar da maaş deyibən şəfa üçün müraciət etmiş xəstələrə şəfa əvəzinə dərd verməz. Mən inanmıram Nazir nəzər sözündən olsun. Niyə? Çünki nəzarətdə olan müəllimlər məktəbin xərclərini şagirdlərdən yığmaz. Və ya müəllimlər işə götürüləndə 1000-3000 manat arası rüşvət verməklə yox, diplomla götürülər.
 Mən inanmıram ki, sosial yardım alanlardan alınan ilkin 4 ayın pulu Dövlət Sosial Müdafiə Fondunun rəhbərinə çatsın. Niyə? Çünki həmin hesabla həmin şəxsin pulunu yığıb-yığışdırmaq olmaz.
 Mən inanmıram ki, MSK-nın rəhbərliyi naşıdır. Əgər naşı olsaydı bu millətin qanuni seçki hüquqları göz qabağındaca pozulmaz və illərlə pulları ciblərindən çıxmayanlara bələdiyyə üzvlərinin yerlərini sata bilməzdilər. Özü də bələdiyyəyə sədr yeri 20 minə.
 Mən inanmıram ki, bizim hərbçilərimizə onların tək düşməninin erməni olduğu başa salınır. Niyə? Çünki elə olsaydı əsgərlər bir-birini və ya zabitləri öldürməzdilər.
 Nə isə. Son zamanlar yaman çox ziddiyyətlərlə üzləşməli oluruq. Bizim ölkəmizdə ziddiyyət odur ki, bir şey bu cür olmalıdır, amma nədənsə o cürdür. Bütün bunların isə bir səbəbi var. Yuxarıdakıların çoxunun bizimlə eyni millətdən olmaması! İşğala yox deyək!

Комментариев нет:

Отправить комментарий