1913. Britannika ensiklopediyasının reklam plakatı
Britannika ensiklopediyası (ingilis dilində: Encyclopaedia Britannica) – ingilis dilində universal ensiklopediyadır. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek (Adam Black, Charles Black) tərəfindən Edinburq şəhərində yaradılmışdır.
Tarixi
İlk nəşri ensiklopedik lüğət əsasında 1768-1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat «The Times» qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya «Sheers, Roobeck & Co» firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə baöışlanır.
1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri (“New Encyclopaedia Britannica” adı altında və ya Britannica 3) buraxılır. 1985-ci ildə ensiklopediya Mortimer Adler tərəfindən yenidən işlənərək iki hissəyə ayrılır: “Mikropediya” və “Makropediya”. Buradakı məqalələr məlumatların dərinliyinə görə fərqlənirlər. 1994-cü ildə Britannika ensiklopediyasının CD-ROM-da elektron variantı buraxılır.
1996-cı ildə Britannika ensiklopediyasının hüquqları İsveçrə milliarderi Jak Safranın (Jacqui Safra) ixtiyarına keçir. Britannikanın əmtəə nişanının hüquqları Encyclopaedia Britannica Inc kompaniyasına aiddir.
Ensiklopediyanın 15-ci nəşrinə 120 min məqalə, 44 mln söz daxildir. Çap halında 32 cild, 32 min səhifə, 65 mindən çox məqalə, 24 min fotoşəkil, xəritə və təsvir vardır. Qiyməti 1400 dollardır.
CD-ROM-da Britannika ensiklopediyası 100 min məqalə malikdir və qiyməti 50 dollardır. Hələ 1998-ci ildə ensiklopediyanın kompakt disklərdə buraxılan elektron variantının qiyməti 2000 dollar idi.
Комментариев нет:
Отправить комментарий