17.05.2011

ÇİN: SURİYANIN DAXİLİ İŞLƏRİNƏ QARIŞMAYIN!

        Pekin rəhbərliyi, xarici ölkələrin Suriyanın daxili işlərinə qarışmasını tənqid edib



FaktXeber.com-un verdiyi məlumata görə, Çin dövləti Suriya rəhbərliyinə dəstək nümayiş etdirib. Çinin Xarici İşlər Nazirliyinin sözcüsü Cian Yu, mətbuat konfransı keçiriək xarici ölkələri Suriyanın daxili işlərinə qarışmamağa çağırıb. Cian Yu mətbuat konfransında bildirib ki, bir neçə həftədir davam edən islahat tələbləri Suriyada sabitliyi pozmamalıdır və ölkədə qan tökülməsinin qarşısını almaq lazımdır.
Qeyd edək ki, çinli dövlət rəsmisi həmçinin əlavə edib ki: "Suriya Orta Şərqdə əhəmiyyətli bir ölkədir. Bu ölkədə sabitliyin qorunması, tərəflərin problemləri siyasi yolla həll etməsi vacibdir. Xarici ölkələrin Suriyadakı proseslərə müdaxiləsi, vəziyyəti daha da kompleksləşdirəcək".

Комментариев нет:

Отправить комментарий