22.05.2011

Cənubun sevimli qadın operatoru: Pərvanə Əzizova


          Hər şey 10 il öncə bir qız üçün edilən dərviş toyundan başladı...

 Ekranda çoxları görməsə də, çəkdiyi süjetlər cənubluları  həmişə maraqlandıran bir xanım var- “LiderTV”-nin cənub bölgəsi üzrə müxbir məntəqəsinin operatoru Pərvanə Əzizova. İlk fəaliyyətini Neft Bazada texniki işlərdən başlayan Pərvanə sonradan “LənkəranTV” və ANS-də çalışdı.
 Pərvanə xanım deyir: “Hər şey bir dərviş toyundan başladı. 1998-ci ildə Lənkəranda bir qıza dərviş toyu edirdilər. Bu qız toyundan oxuyanda, musiqiçilər də, xörək paylayanlar da, qəsidə deyən dərvişlər də qadınlar idi. Təkcə bu toyu lentə ala biləcək qadın video-operator axtarırdılar. İlk sınağım orada oldu. İndiki pulla təxminən 50 manat qazandım. Sonralar da xeyli el şənliklərini lentə aldım. Bir müddət ANS-də çalışdım. Hətta hərbi hospitalda çəkiliş aparanda boynumdan bir yumruq zərbəsi də aldım. Heç bilmədim kamera hara düşdü. Digər təzyiqlərə də məruz qalmışam. Lakin bu peşədən ayrılmaq fikrim yoxdur. Sərbəst süjetləri çəkməyi çox sevirəm. Onu da deyim ki, ilk müəllimim, bu sənəti mənə təmənnasız öyrədən LİDER-in bölgə müxbiri Asəf Ayazoğlu olub”.
 Pərvanənin ən böyük arzusu odur ki, bu peşə də onun da  ardıcılları olsun. Bir neçə qıza bu peşəni təmənnasız öyrətsə də, hələ ki arzusunu istədiyi kimi reallaşdıra bilməyib.

                                                      Fidan

Комментариев нет:

Отправить комментарий