22.05.2011

Sionistlər Bakını vətən hesab edirlər

Sionistlərin Azərbaycanı özlərinə doğma məkan hesab etmələri artıq bütün dünyaya bəllidir. Bunun növbəti etirafını onlar məhz özləri ediblər.

İslam-Azeri.az İnternet qəzetinin Yəhudi Xəbərləri Agentliyinə istinadən verdiyi xəbərə görə, bu günlərdə yəhudilərin Purim bayramı qeyd edilib. Bayram tədbirləri təşkil edilən məkanlar arasında həm Bakı, həm də Yerevan var. Amma bu bir-birilə iki düşmən ölkədə yəhudi bayramı tamamilə fərqli şəraitdə keçirilib.
Belə ki, Bakıda Purim yəhudi Tədris Müəssisəsində qeyd edilib. Tədbirlər geniş miqyasda məktəbin akt zalında təşkil olunub. Burda nələrin baş verməsinin təfərruatlarına varmaq fikrində deyilik. Sadəcə olaraq qeyd edək ki, yəhudilər Bakıda korluq çəkməyiblər. Hər şey o dərəcədə yüksək səviyyədə olub ki, yuxarıda adı çəkilən Agentlik bu tədbirə həsr edilən yazısına «Doğma divarlar arasında Purim» başlığını verib. Necə deyərlər, şərhə ehtiyac yoxdur.
Amma Ermənistanda vəziyyət tam fərqlidir. Dar otağa sığınan yəhudilər bayramlarını heç də bayram əhval-ruhiyyədə keçirməyiblər. Ravvin Burşteyn isə maddi sıxıntıdan gileylənib: «Bir ildir ki, yəhudi təşkilatların maddi dəstəyindən məhrum olmuşuq və çox təəssüf edirik ki, buna görə daha geniş zalda tədbir təşkil edə bilmədik».
Burda belə bir sualı verməmək olmur. Axı həm Bakıda, həm də Yerevanda bayram edənlər yəhudilərdir və eyni mərkəzə bağlıdırlar. Elə isə nə üçün Azərbaycandakıların «kefi kökdü», Ermənistanda isə vəziyyət tam fərqlidir?
Əlbəttə, kimsə deyə bilər ki, «Azərbaycan çox tolerant ölkədir». Olsun. Elə isə daha bir sual. Məgər tolerantlıq digər dinlərə üstünlük verilməsi, ənənəvi dinin isə boğulması deməkdir? Əgər yəhudilər bu «tolerantlıqdan» yararlanırlarsa, nə üçün müsəlmanların bu haqqı tanınmır? Nə üçün öz şəxsi həyətyanı sahəsində əzadarlıq məclisi təşkil etmək istəyən müsəlman təqiblərə məruz qalır, polis tərəfindən həbs edilir və dəmir barmaqlıqlar arxasına atılır? Axı nə üçün yəhudilər Purimi istədikləri kimi qeyd edə bilərlər, Azərbaycanı özlərinə doğma saya bilərlər, müsəlmanlar isə Peyğəmbərin (s) vəfatı günü dəyənəklərə tuş gəlməlidirlər, öz doğma məmləkətlərində özlərini qərib hiss etməlidirlər? Unutmaq olmaz ki, bu vətən həm də onlara məxsusdur. Vətəndə isə vətəndaşa vətən daşı dəyməməlidir. Hətta bu daşı atmağı sionist sifariş edirsə.

Комментариев нет:

Отправить комментарий