04.05.2011

Dəyərdən düşən "hərflər"

Aynur Adilqızı             aynur_mustafayeva@mail.ru              tia.az


Pozğun əxlaqı bizə “Qərb” klipnən yeridir (Baba Pünhan)

Hamı yazır. Mənasını özləri belə anlamasalar da yazırlar. Nədən və kimdən, nəcə və nə cür, deyə bilməyəcəm. Bir şeyi bilirəm ki, indi yazılar və yazarlar çoxalıb, ama “hərflərin” dəyəri qiymətdən düşüb. Bir oxuyanlarımız çoxdu, bir də yazarlarımız. Kitab oxuyanlarımızı demirəm, mahnı oxuyanlarımız.
Səsləri oldu olmadı hamı oxuyur. Bəs kitab, qəzet və ya jurnal oxuyanlarımız necə varmı? “Qəzet oxuyun, kitab oxuyun” bu sözləri hamı deyir, əməl edən isə yoxdur. 30-40 qəpiyindən keçib qəzet almayan bacılarımız ancaq o qiymətə saqqız alırlar. 1-2 manatlarından keçib jurnal almayan qardaşlarımız siqaret və bu kimi faydasız və zərərli şeyləri ala bilirlər və heç heyifləri də gəlmir. Deyəsən ağır ittiham elədim. Bağışlayın! Amma inanın ki, bu yazını da sadece oxuyub yenə də öz bildiklərini eləyəcəklər.
Hər gün nə qədərsə pul verib internet klublarda oturub “iqra” oynayan balalarımız bir dəfədə olsun o qədər zamanlarını kitabxanalarda keçirib hansısa faydalı kitabı oxuya bilməzlərmi? Və yaxud da valideynlər evə gələrkən uşaqlara oyuncaq əvəzinə hansısa kitabı alıb apara bilməzlərmi. İstəmirlər, çünki o kitabı uşaq üçün oxumağa ərinirlər. Saatlarla seriallara baxmaq əvəzinə faydalı kitabları oxumaq mümkün olmazmı?
Əvvəllər uşaqlardan nə olmaq istədiyini soruşanda ya həkim deyərdilər, ya da ki müəllim. İndi isə ya müğənni, ya da ki artist. Onları qınayası deyil. Gözlərini açıb onları görürlər.
İndi instituta daxil olmaq üçün hər kəs “hazırlıq”-a gedir. Bəs biz niyə hazırlığa getməmişdik. Çünki biz dərsimizi oxuyurduq və müntəzəm olaraq dərslərimizə gedir və hazırlaşırdıq. İndi isə 10-cu sinifdən sonra uşaqlar dərsə getmirlər, Dərslərin pulunu ödəyir, özlərinə lazım olan fənnləri hazırlaşırlar, zamanlarının çoxu da yollarda gedir. Oxuduqları da yadlarında qalmır. Ona görə də yüksək nəticə əldə edən şagirdlər az olur.
Telivizorda isə ya serial, ya şou proqram, ya da ki ailə problemləri işıqlandırılır. İndi isə yeni proqram işıq üzü görüb. Subayları evləndirirlər. Qızları bəzədib otuzdururlar camaatın qarşısında. Üstü silinib parıldadılmış, vitrinə qoyulmuş mala bənzədirəm onları. Hələ oğlanların orda çıxıb oturmağı lap dəhşətlidir. Həm də gülməli. Təsəvvür edin ki, qız baxıb bəyənir və oğlan üçün elçilik edir. Onlara baxanda özümü hindistanda hiss edirəm bir anlıq. Axı onlarda qız evi oğlan üçün elçi gedir.
Televizorda nümayiş olunan kliplərdən isə danışmaq ürək ağrıdıcıdır. “Xarici kliplər” baxılası deyil. Bütün kliplərdə seks nümayiş olunur. Bu yerdə Baba pünhanın bir şeirini xatırladım:
Pozğun əxlaqı bizə “Qərb” klipnən yeridir,
Bu kanallarda gedən mahnı seksdən bilinir.
Yəqin bütün bu yaşadıqlarımız, gördüklərimiz, görəcəklərimiz bizə həyatın dərsidir.Bu dərsdən neçə alacağımızı isə yalnız “O” bilir.
Adamın yaxşısı yaxşı, pisi pisdən bilinir,
Necə ki düz cavabın qiyməti testdən bilinir.

Комментариев нет:

Отправить комментарий