15.05.2011

EVERESTİN ZİRVƏSİNDƏN "CİGGİLDƏDİ"

İngilis alpinist Kenton Cool, 3G əlaqəsiylə Everestin zirvəsindən Twitterə mesaj göndərən ilk insan oldu



Ötən ilin oktyabr ayında Everestdə olan mərkəzi düşərgəyə yerləşdirilən baza stansiyası sayəsində, zirvədən "Galaxy S" ilə əlaqə yaradan Cool, Twitter vasitəsiylə onu izləyənlərə Everestin zirvəsində olduğunu xəbər verən bir tweet göndərib.
FaktXeber.com-un verdiyi məlumata görə, bir elektronika şirkəti sponsorluğu ilə həyata keçirilən səfər əsnasında Cool, "9-cu dəfə Everestin zirvəsindəyəm. Dünyanın zirvəsindən göndərilən ilk tweeti zəif 3G siqnalı və müdhiş bir telefon sayəsində yazıram", -deyə qeyd edib. Xatırladaq ki, İngiltərənin ən müvəffəqiyyətli alpinistlərindən hesab olunan Cool, "Bu həyəcanı ailə üzvlərimlə paylaşıram",  deyə əlavə edib.

Комментариев нет:

Отправить комментарий