Uzaqdan idarə olunan müşahidə və atış platforması - "Növbətçi" xidmətə hazırdır
![]() FaktXeber.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, "Yüksəl Müdafiə Sistemləri" (YMS) tərəfindən hazırlanan, növbətçilərə təhlükəsiz bir yerdə oturaraq hədəfləri atəş altına almasına imkan verən "uzaqdan idarə olunan müşahidə və atış platforması - Növbətçi" artıq istifadəyə tam hazırdır. Yüksəl Müdafiə Sistemləri İdarə Heyətinin üzvü Hayri Esen, "Növbətçi" mövzusunda ətraflı məlumat verib. O, "Növbətçi"nin hərəkətləri aşkar edən, aşkar edilmiş hədəflərin hamısını arxa-arxaya atəş altına ala biləcək bir qabiliyyətə sahib olduğunu, kabelli və ya kabelsiz olaraq uzaqdan idarə edilə bilən, öyrədilmiş yollarda öz-özünə müşahidə bacarığı, duman və qar təsirlərini müəyyən dərəcədə azaldaraq görüntüləri operatorun istifadəsinə təqdim edən, Türkiyə Silahlı Qüvvələri tərəfindən də sınanan sistem olduğunu vurğulayıb. |

Комментариев нет:
Отправить комментарий