04.05.2011

GENERALDAN HİCAB QADAĞASI!

          "Ya yoldaşlarınız hicablarını açmalıdır, ya da ki vəzifənizdən istefa verin"



Ölkədə bir neçə müddətdir ki başlayan hicab yasağı ilə əlaqədar hadisələr səngimək bilmir. Altı ay bundan əvvəl orta məktəb şagirdləri hicabla məktəbə buraxılmadı, Gəncənin yeni icra başçısı isə hicablı müəllimələri işdən uzaqlaşdırdı. Hazırda 1500-ə yaxın orta məktəb şagirdi təhsil hüququndan məhrum olub. 10-a yaxın ruhani hicab qadağasına etiraz etdiklərinə görə, həbsə alınıblar. Çoxlu sayda bəyanatların və müraciətlərin səslənməsinə baxmayaraq, bu məsələ hələ də həllini tapmayıb. Ölkə ictimaiyyəti problemin həllini gözlədiyi bir ərəfədə, baş verən yeni hadisələr tam olaraq bütün gözləntiləri alt-üst edir.
Bu dəfə də redaksiyamıza şikayət Naxçıvandan daxil olub. FaktXeber.com-un "Qaynar xətt"inə müraciət edən və adının çəkilməsini istəməyən şəxs, Naxçıvan hərbi korpusuna aid hərbi hissədə iki nəfər zabitin həyat yoldaşları hicablı olduqlarına görə, xəbərdarlıq aldıqlarını bildirdi. Polkovnik-leytenant və kapitan rütbəli iki zabit qarşısında şərt qoyulub: Ya yoldaşlarınız hicablarını açmalıdır,  ya da ki, vəzifənizdən istefa verin. Artıq zabitlər qaldıqları hərbi şəhərcikdən məcburi formada çıxardılıb və ev əşyaları çölə atılıb. Bu göstərişin Naxçıvanın hərbi korpus generalı tərəfindən verildiyi bildirilir.
Mövzunu diqqətdə saxlayacağıq.

Комментариев нет:

Отправить комментарий