04.05.2011

WİKİLEAKS RƏHBƏRİNDƏN FACEBOOK-a AĞIR İTTİHAM

                          "Facebook ən qorxunc casus şəbəkəsidir"



ABŞın diplomatik sənədlərini ictimaiyyətə sızdıraraq bir çox ölkələrdə qarışıqlıq yaradan WikiLeaks saytının qurucusu Julian Assange, Facebook, Google, Yahoo! kimi nəhəng Amerika internet firmalarının ABŞ kəşfiyyatıyla birgə işlədiyini bildirib.

FaktXeber.com-un verdiyi məlumat görə, Assange Facebook-u üçün "dünyanın ən qorxunc casus dəzgahı" adlandırıb. Bu barədə "Russia Today" kanalına açıqlama verən Assange, Facebookun insanlar haqqında ətraflı məlumatların yığıldığı ən böyük verilənlər bazası olduğunu söyləyib: "Facebook, insanların adları, ünvanları, əlaqələri, mövqeləri bir-birləriylə ünsiyyətləri, qohumları daxil olmaqla bütün fərdi məlumatların yerləşdiyi, dünyanın ən böyük verilənlər bazasıdır. Hamısı da ABŞda toplanır və Amerika kəşfiyyatının ixtiyarındadır. Facebook, Google və Yahoo!, bunların hamısını ABŞ kəşfiyyatı ilə birləşdirən bağlar var. Siz Facebooka bir dost əlavə etdikdə, bu əlaqə ABŞ kəşfiyyatı üçün pulsuz işlər görür və qeydiniz avtomatik aktuallaşır." Bu veb saytların hökumət tərəfindən idarə olunmadığını söyləyən Assange, ancaq kəşfiyyatın onlar üzərində qanuni və siyasi təzyiq yaradacaq vasitlərə sahib olduğunu bildirib.

Комментариев нет:

Отправить комментарий