11.05.2011

İKİ PAKET ÇİPSİYƏ GÖRƏ 39 İL HƏBS CƏZASI

Türkiyədə bir marketdən 2 çips və 15 lirə (təqribən 7.5 azn) pul oğurlayan 3-ü uşaq 4 nəfər haqqında, 39 il həbs cəzası istənilib



FaktXeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyənin Adana şəhərində marketdən müxtəlif günlərdə 2 ədəd çips ilə 15 lirə pul oğurlayan 4 nəfər haqqında açılan iki iddia birləşdirilib. 4 nəfər haqqında ümumilikdə 39 il həbs cəzası istənilib.

Hadisə bu cür baş verib. 4 nəfər uşaq çips almaq üçün qonşu marketə gəliblər. Onlar alıdıqlarını borca yazmasını istəyiblər. Dükan sahibinin borca yazmaq istəməməsini görən uşaqlar ciblərindən çıxardığı bıçaqla dükan sahibini hədələyiblər. Sonra 2 çips və 15 lirə pulu götürərək ərazidən uzaqlaşıblar.

Комментариев нет:

Отправить комментарий