11.05.2011

SURİYADA MOSSAD AGENTLƏRİ HƏBS OLUNUB

Mossada aid olan agentlərin Suriyaya iğtişaş və təxribat törətmək üçün gəldiyi qeyd edilir



FaktXeber.com-un verdiyi məlumata görə, Suriyanın Banyas şəhərində İsrailin xüsusi kəşfiyyat xidməti Mossadın agentləri həbs olunub. Bu haqqda Suriyanın Milli Təhlükəsizlik Nazirliyi xəbər yayıb. Həbs olunanların sayları barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Suriyada nəşr olunan "Champress" qəzetinin məlumatına əsasən, saxlanılan agentlər Mossadın zabit işçilərdir. Mossad üzvləri həbs olunarkən onların üzərində Ərəb, Avropa ölkələrinə və Suriyaya aid saxta passportlar tapılıb.

Nəzərinizə çatdıraq ki, Mossada agentlərin Suriyaya iğtişaş və təxribat törətmək üçün gəldiyi bildirilir.

Комментариев нет:

Отправить комментарий