07.05.2011

İLHAM ƏLİYEVLƏ GÖRÜŞMƏK İSTƏDİ, GİROV DÜŞDÜ

Sabirabad sakini İlham Əliyevlə görüşmək istədiyi üçün polis rəisi tərəfindən girov götürülüb



Xəbər verildiyi kimi, ötən gün dövlət başçısı İlham Əliyev Sabirabad rayonunda səfərdə olub. Rəsmi məlumatlarda deyilir ki, prezident səfər çərçivəsində rayonun Qasımbəyli kəndində görüş keçirib.
Rayon sakinlərinin "Qaynar xətt"imizə bildirdiyinə görə, Sabirabad sakinlərinin bir çoxu dövlət başçısı ilə görüşməyə cəhd ediblər. Buna səbəb isə problemləri barədə ona məlumat vermək istəyi olub. Lakin rayonun polis rəisi Zülfü İsayev bu istəkdə olanların kimliyini müəyyənləşdirən kimi, onları girov götürüb.
Rayonun Narlıq kənd sakini də belə vəziyyətə düşüb. Belə ki, Narlıq kəndi Kürün sol sahilində, daşqından zərər çəkmiş Qasımbəyli kəndi ilə üz-üzədir. Bu kəndləri kustar yolla inşa edilmiş körpü birləşdirir.
Məlumatda deyilir ki, İlham Əliyev Qasımbəyliyə gələndə Narlıqlı xəstə qadın da dövlət başçısı ilə görüşmək istəyib. Boğazında zob xəstəliyi olan həmin qadın dövlət başçısından müalicə alması üçün maddi yardım istəyəcəkmiş. Lakin məsələdən xəbər tutan Zülfü İsayev həmin qadını bir gün əvvəl Polis Şöbəsinə gətirərək, orada bir gün saxlayıb. Dünən isə onu azadlığa buraxıb.

faktxeber.com

Комментариев нет:

Отправить комментарий