07.05.2011

HƏBS OLUNANLARDAN 25 NƏFƏRİN İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLİB

Təhsil Nazirliyinin qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərən zaman saxlanan şəxslərdən 25 nəfərin işi məhkəmələrə göndərilib


Mayın 6-da bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında aksiya keçirmək cəhdi ilə bağlı saxlanılanlardan 25 nəfərinin işi məhkəmələrə göndərilib. Bu barədə FaktXeber.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, mayın 6-da Təhsil Nazirliyinin qarşısında qanunsuz aksiya keçirməyə cəhd edən, ictimai qaydanın pozan hərəkətlərə yol verən və polisin qanuni tələbinə tabe olmadan müqavimət göstərən 45 nəfər saxlanılıb. Onlardan 20 nəfərinə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 25 nəfəri barəsində isə toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.

Qeyd edək ki, dünən sayları təqribən 400-500 olan dindarlar, Təhsil Nazirliyinin binasına iki istiqamətdən yürüş ediblər. "Hicaba Azadlıq", "Misir istefa", "Biz zülm etmərik, zülmə boyun əymərik" deyə şüarlar səsləndirən dindarlar, sonda Təhsil Nazirliyinin qarşısına gəlməyə nail olublar. Aksiya zamanı yerli polis və mülki geyimdə olan şəxslər nümayişçilərə, o cümlədən jurnalistlərə qarşı həddindən artıq kobud davranıb. Aksiya zamanı "FaktXəbər" internet qəzetinin iki əməkdaşına də xəsarət yetirilib və kameraları sındırılıb.

Məlumat üçün bidirək ki, Təhsil Naziriliyinin qarşısında keçirilən aksiya zamanı 150-200 nəfər yaxın nümayişçi həbs olunub. Yaxınlıqda yerləşən müxtəlif polis bölmələrinə aparılan nümayişçilərin arasında bədən xəsarətləri alanlar, amasızcasına döyülənlər və qadınlar da var. Polis aksiya zamanı göz yaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Bundan Əlavə ilahiyyatçı alim Taleh Bağırov da həbs edilib. Onun hal-hazırda harada saxlanılması barədə məlumat verilmir.  Xatırladaq ki, polis əməkdaşları aksiyada qadınlara belə hörmətsizlik etməkdən çəkinməmiş və onlara fiziki zor tətəbiq etmişlər.

Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunub.

Комментариев нет:

Отправить комментарий