Natiq Cəfərli natiqceferli.blog.ru
Atatürkdən sonra Türkiyənin başına İsmət İnönü keçdi. “Milli Şef” adlandırılan bu şəxs, Türkiyənin İkinci Cahan savaşından qadasız-bəlasız çıxmasını təmin etdi. Savaşdan sonra, Türkiyə çoxpartiyalı sistemə keçdi, və 1950-ci ildə, ilk dəfə tam şəffaf, ədalətli seçkilər oldu, və Cümhuriyyəti quran insanların partiyası, o dövrdə İsmət İnönünün rəhbərlik etdiyi Cümhuriyyət Xalq Partiyası seçkiləri uduzdu. Qurtuluş savaşını, yüzlərlə irili-xırdalı döyüşləri bir komandan kimi udan İsmət Paşa, məğlubiyyəti qəbul etdi və dedi: “Bu mənim həyatda qazandığım ən böyük qələbədir, Türkiyəmiz üçün xeyirli-uğurlu” olsun”.
Halbuki, o zaman ordu, polis, məhkəmələr, İsmət Paşanın tam nəzarətində idi. Tək bir işarə bəs edərdi ki, güc strukturları hakimiyyəti saxlamaqda İsmət Paşaya kömək etsin, məhkəmələr isə repressiyalara haqq qazandırsın. Amma Paşa Türkiyə naminə, gələcək naminə, bu addımı atmadı.
Mən çox arzu edərdim ki, gələcəkdə, İ. Əliyev İsmət Paşaya bəzədilsin, və bu bənzətmə, Atatürk-Heydər Əliyev bəzətməsi kimi, qıcıq yaratmasın. Bu hadisədən bu qardaş örnəyindən, hakimiyyət, YAP, və ən əsası, İ. Əliyev dərs çıxartsa, ölkəmiz üçün, millətimiz üçün, gələcəyimiz üçün ən önəmli və uğurlu iş görmüş olarlar…
Комментариев нет:
Отправить комментарий