13.05.2011

Sumqayıt Dövlət Universitetinin dünəni və bu günü

 Sumqayıt Dövlət Universitetində qısa bir müddətdir ki, oxumağıma baxmayaraq, onun haqqında eşitdiklərimə və gördüklərimə göz yummaq, qələmə almamaq mümkün deyil. Sumqayıt Dövlət Universitetinin keçmişi haqqında məlumatlar mənim üçün, həm də Universitetdə oxuyan hər bir tələbə üçün çox maraqlıdır.
 1961-ci ildən fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun  bazasında Azərbaycan Respublikasının Təhsil sisteminin təkmilləşdirilməsi  haqqında 13 iyun 2000-ci il tarixli 349 saylı dövlət fərmanı ilə Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Sumqayıt şəhəri həm əhalisinə, həm mədəni potensiyalına , həm də sənayesinə görə Respublikanın üç ən iri şəhərlərindən biridir. Universitetin yarandığı gündən bu günə qədər qarşısında duran əsas məsələ elmi potensiyalı inkişaf etdirmək, yeni ixtisaslar üzrə kadr hazırlamaq və Avropa təhsil sisteminə inteqrasiya etməkdən ibarət olmuşdur.
 31 may 2000-ci il tarixli sərəncam ilə Nadir Fərrux oğlu Qəhrəmanov  Sumqayıt Dövlət Universitetinin rektor təyin olunmasından sonra sonra bir sıra köklü dəyişikliklər olmuşdur. O vaxta qədər Universitetdə çox az ixtisaslar fəaliyyət göstərirdi.  Nadir müəllim rektor vəzifəsinə gəldikdən sonra yeni ixtisaslar açıldı; indi 21 ixtisas üzrə 4000 bakalavr pilləsində, 42 ixtisas üzrə 236 tələbə magistraturada təhsil alır. O Sumqayıt  Dövlət Universitetinə rektor vəzifəsinə təyin olunduqdan sonra məktəbin maddi və texniki  durumu da yaxşılığa doğru dəyişdi. Korpusların pəncərələri plastik pəncərələrlə əvəz olundu, böyük və kiçik akt zalları Avropa standartlarına səviyyəsində tikildi. Qazon örtüyünə  malik “Mini” futbol stadion  yaradıldı, idman zalı Avropa standartlarına uyğun düzəltdirildi. Bunların hamısı böyük əmək, vaxt israfı və əsəblər hesabına baş a gəldi.
 Təqdirəlayiq cəhətlərdən biri də odur ki, Nadir müəllimin səyləri ilə SDU-nun xarici Universitetlərlə əlaqəsi yaradılmışdır. Tempus lahiyyəsini yeni yaranmasına baxmayaraq, Münhen Texniki İnustutu ilə əlaqənin yaranması çox az bir vaxt aparmışdır.
 Nadir müəllim az rast gəlinən rektorlardandır ki, onun qəbuluna çox asan düşmək olur. Tələbələr tez-tez müxtəlif məsələlərlə bağlı rektorla görüşürlər. Nadir müəllim onları diqqətlə dinləyir, müəyyən məsələləri yerindəcə həll edir, tələbələrə əlindən gələn köməyi əsirgəmir. Bu gün universitetin müəllim heyətinin də mehriban bir kollektiv kimi fəaliyyət göstərməsində Nadir müəllimin əməyi böyükdür.
 SDU-nun rektoru Nadir Qəhrəmanovun universitetə və burada oxuyan tələbələr etdiyi yaxşılıqları saymaqla bitəsi deyil. O ilk növbədə vətənpərvər, alicənab  bir şəxsiyyət olmağı ilə yanaşı, insanlara dayaq olan, mənəvi cəhətdən kömək edən nadir şəxsiyyətlərdəndir.

Alı İsgəndərli

Комментариев нет:

Отправить комментарий