06.05.2011

İran Suriya hökümətinə çağırış etdi

Deyerler.org: İranın Xarici İşlər Nazirliyi Suriyadakı vəziyyətlə bağlı açıqlama yayıb. "Mehr" agentliyinin verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyinin Suriyadakı vəziyyətlə bağlı yaydığı açıqlamasında deyilir ki, Suriya son 60 ildə Fələstin və Livan xalqının hüquqlarının müdafiə etmiş və ərəb kəramətini diriltməkdə mühüm rol oynamışdır. Açıqlamada bu ölkənin sionist İsrail rejiminə qarşı daim mübarizə aparması təqdirlə qarşılanıb və ölkədə hazırda ayrı-ayrı qruplar tərəfindən keçirilən nümayişlərin sionist İsrail rejimi və ABŞ tərəfinin dəstəyi ilə həyata keçirildiyi vurğulanır. Bununla yanaşı İran Suriya hökümətini xalqın tələblərini yerinə yetirməyi və ölkədə ciddi islahatlar həyata keçirtməyə çağırıb. Açıqlamada həmçinin İran və Suriya əlaqələrinin son 32 ildə (yəni bəşər Əsədin hakimiyyəti ərzində) ən yüksək səviyyədə inkişaf etdiyi və bölgədə Amerika-İsrail rejimi əleyhinə birgə koalisiyanın qurulduğu qeyd olunub. 

Комментариев нет:

Отправить комментарий