06.05.2011

Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsinə qarşı dinc aksiya keçirilmişdir. Aksiyaçılar hicabın qadağasına qarşı şüarlar səsləndirmişlər. Aksiyanın dinc xarakterli olmasına baxmayaraq, polis onlara qarşı zorakılıq etmiş, çoxlu sayda insanı həbs etmişdir. Böyük sayda insana qarşı qeyri-insani rəftar tətbiq edilmiş, zorakılıq göstərilmişdir.

DEVAMM hicaba azadlıq tələb edən aksiyaçılara qarşı polis zorakılığını kəskin surətdə pislədi
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
DEVAMM aksiyaçılara qarşı zorakılığı kəskin surətdə pisləyən bəyanat qəbul etmişdir. DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "Məktəblərdə hicabın qadağasına qarşı aksiya keçirmək, öz narazılıqlarını və etirazlarını ifadə etmək - vətəndaşların ölkə Konstitusiyası və Azərbaycanın qoşulduğu beynəlxalq-hüquqi sənədlərlə birmənalı təsbit edilən fundamental hüquqlarındandır. İnsanlar dinc, sivil yolla, şüar səsləndirməklə bu qadağaya öz etirazlarını bildirmişlər. Lakin, aksiyanın dinc və sivil keçirilməsinə baxmayaraq, aksiyaçıları nəinki dinləmiş və etirazlarına diqqət etmiş, əksinə, onları dərhal dağıtmağa başlanmış, sərbəst toplaşmaq azadlıqlarının pozulmasına üstünlük vermişlər. Bu azmış kimi, vətəndaşların hüquq və azadlıqlarının kobud surətdə pozulmasını davam etmiş, aksiyaçılara qarşı qeyri-qanuni qüvvə tətbiq edilmiş, həbslər aparılmışdır. Qüvvədə olan qanunvericiliyin, o cümlədən, Konstitusiyamızın, "Polis haqqında" qanunun vətəndaşlarla bu cür rəftarı qəti surətdə və birmənalı olaraq istisna etməsinə məhəl qoymadan, aksiyaçılara qarşı qeyri-insani rəftar edilmişdir. DEVAMM olaraq, buna qarşı öz qəti etirazımızı bildiririk, məmurları ölkə qanunlarına, insanların hüquq və azadlıqlarına hörmət etməyə çağırırırq. Saxlanılanların dərhal azad olunmasına, qeyri-insani rəftara yol vermiş polis əməkdaşlarına qarşı xidməti uyğunsuzluq normalarının tətbiqinə çağırırıq".
Eyni zamanda, DEVAMM hicab qadağasının davam etməsini bu cür halların əsas səbəbi olmasına diqqət çəkmiş və problemin təcili həll edilməsinə çağırmışdır: "Artıq 6 aya yaxındır ki, ölkə məktəblərində hicaba qarşı əsassız və qeyri-hüquqi qadağa davam edir. Minlərlə insanın təhsil hüququ və dini etiqad azadlığı pozulmaqdadır. DEVAMM olaraq, bir daha bu problemin təcili həll olunmasına, insanların hüquq və azadlıqlarının təmin edilməsinə çağırırıq".

Arzu Abdullayeva: "Dinc aksiyada qadınlara qarşı zor tətbiq etmək mənəviyyata və İslam əxlaqına, həmçinin Konstistusiyaya ziddir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquq müdafiəçisi Abdullayeva baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Dinc aksiya keçirən insanlara qarşı zor tətbiq etmək - insan haqlarının pozulması ilə yanaşı, rüsvayçılıqdır. Qadına əl uzatmaq, zor tətbiq etmək mənəviyyata, İslam əxlaqına, həmçinin Konstitusiyaya ziddir. Çünki dinc aksiya keçirmək insanın əsas azadlıqlarından biridir. Konstitusiya bu hüququ vətəndaşlara verib. Bu hüququ pozanlar - deməli bizim əsas qanunumuzu da pozurlar. Normal, sivil ölkədə həmin idarədən kimsə aksiya iştirakçılarının qabağına çıxır, nümayəndəlik təşkil olunur, onlarla görüş keçirilir. Təəssüf ki, Azərbaycan hökuməti bu dəyərlərə zidd hərəkət edir". 

İntiqam Əliyev: "Hətta aksiyanın icazəsiz olması belə, zor tətbiqinə rəvac vermir. Dinc toplaşan insanların tutulması pislənməlidir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquq müdafiəçisi İntiqam Əliyev baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Sərbəst toplaşmaq azadlığı insanların haqqıdır, o cümlədən inanclı insanlar da bu toplaşmaq azadlığını reallaşdıra bilərlər. Son dövrlərdə ölkədə insan haqlarının bütün sahələrdə olduğu kimi vicdan azadlığı sahəsində də problemlər var və insanlar həmin problemləri hökumət qarşısında qaldırmaq və dövlət orqanların siyasətinə etiraz etmək haqqı var. Normal hökumətlər onların haqqına hörmətlə yanaşmalıdır. Hətta aksiyanın icazəsiz olması belə, zor tətbiqinə rəvac vermir. Əgər dinc toplaşan insanlar tutulursa, bu, pislənməlidir". 

Novella Cəfəroğlu: "Polisin inanclılara qarşı zorakılıq etməsi - qətiyyən yolverilməzdir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquq müdafiəçisi Novella Cəfəroğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Hər bir insanın etiraz etməyə ixtiyarı var. İnsan xoşu gələməyn bir şeyə etiraz edə bilər. Bu halda polis zorakılığı olmamalıdır, bu, yolverilməzdir. Onlar da həbs olunmamalıdırlar. Biz hüquq müdafiəçisi kimi bunu hər zaman demişik, deyirik də. Bu məsələləri həmişə diqqətdə saxlayırıq. Belə hallar istər hicabla bağlı olsun, istərsə də başqa bir məsələ ilə bağlı - fərqi yoxdur, mövqeyimizi hər zaman bildirmişik".
Novella xanım həmçinin saxlanılan inanclıların azad olunması istiqamətində də fəaliyyət göstərəcəklərini dedi: "Bu məsələ ilə bağlı sözsüz ki, addımlar atacağıq".

Zərdüşt Əlizadə: "İnsanların öz fikirlərini bildirməsinə qarşı zorakılıq edilməsinin əleyhinəyəm"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Politoloq Zərdüşt Əlizadə baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "İnsanların öz fikirlərini sərbərst bildirməsinə qarşı zorakılıq etməyin əleyhinəyəm. İstərdim ki, Azərbaycanın Konstitusiyası tam şəkildə icra edilsin və vətəndaşlar öz hüquqlarından istifadə etsinlər".

Azər Rəşidoğlu: "İnanclılara qarşı zorakılıq edilməsi - rüsvayçı bir haldır"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Politoloq Azər Rəşidoğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Bu, rüsvayçı bir haldır. Mən bunu insan haqlarının və sərbəst toplaşma azadlıqlarının kobudcasına pozulması kimi dəyərləndirirəm. Burada hansısa yalançı, süni ajiotajın yaradılması, hansısa xarici qüvvələrin təhriki ilə insanların hüquqlarını tələb etməsini söyləmək - absurddur. İnsanar Konstitusiyada olan hüquqlarını və Allahın Kitabında olan hüquqlarını qorumaq istəyirlər və buna görə aksiya keçiriblər. Bu aksiyaya çox hörmətlə yanaşılmalıdır və problemin həlli istiqamətində işlər görməlidir. 
Son zamanlar hicab problemi meydana gəlib. Görünür məmurlardan kimlərsə ölkədəki sabitliyi pozmaqda maraqlıdır. Bu, Azərbaycana başucalığı gətirmir, eyni zamanda vətəndaş qarşıdurmasını daha da gücləndirə bilər".

Vidadi Mirkamal: "Avropaya inteqrasiya edən bir dövlətdə belə hallar yolverilməzdir, insanların döyülməsi - vəhşilikdir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquqşünas Vidadi Mirkamal baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Bütün bu məsələlər hüquq müstəvisində həll edilməlidir. İnsanların azad toplaşmaq hüququ təmin edilməlidir, dövlət buna imkan yaratmalıdır. İkincisi, sərbəst toplaşmaqla bağlı qanunda qanunsuz aksiya keçirilməsi və s. maddələr yoxdur, sadəcə razılaşdırılmamış, xəbərdar edilməklə və s. mövzular var. Əgər hətta aksiya razılaşdırımamışdırsa, bu, cinayət deyil. Orada polisin müdaxiləsi də qanun çərçivəsində olmalıdır. İnsanları döymək və zorakılıq etmək - bunlar vəhşilikdir. Avropaya inteqrasiya edən dövlətdə belə hallar yolverilməzdir. Buna nə bizim qanunlarımız, nə də beynəlxalq konvensiyalar imkan verir".

Səadət Bənənyarlı: "Aksiyaçılar öz sözlərini deməyə çıxmışdılar, onarın sözünə qulaq asmaq lazım idi, güc tətbiq etmək yox"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquq müdafiəçisi Səadət Bənənyarlı baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Çox təəssüf ki, bu aksiyanın dağıdılması zamanı polisin tətbiq etdiyi güc - adekvat olmayıb. İnsanlarla belə rəfatrın olması davam edir, zorakılıq yenə də qalmaqdadır. Aksiyaçılar öz sözlərini deməyə çıxmışdılar. Onarın sözünə qulaq asmaq lazım idi. Onlara qarşı belə güc təbiq edilməsi düzgün deyil".

Əli Kərimli: "Dinc piket keçirən dindarlara qarşı baş vermiş zorakılığı, qəddarlğı, həbsləri kəskin şəkildə pisləyirəm"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Çox təəssüf edirəm ki, bu gün Azərbaycan hakimiyyəti daha bir qanunsuzluğa əl atdı. Hakimiyyətin borcu xalqı dinləməkdir, döymək deyil. Bu gün dinc piket keçirən dindarlara qarşı baş vermiş zorakılığı, qəddarlğı, həbsləri kəskin şəkildə pisləyirəm. Azərbaycanda hər bir kəsin sərbəst toplaşmaq, öz fikirləni hökumətə çatdırmaq imkanları olmalıdır. Ona görə də bizim İctimai Palata olaraq əsas tələblərimizdən biri də, xalqın bütün təbəqələri üçün sərbəst toplaşmaq azadlığının təmin olunmasıdır".

İsa Qəmbər: "Müsavat Partiyası olaraq bu zorakılığa, ifadə və etiqad azadlığının pozulmasına etirazımızı bildiririk"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat partiyasının sədri İsa Qəmbər baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Baş verən hadisədə məsuliyyət tamamilə hakimiyyətin üzərindədir. Hakimiyyət hər iki cəhədən məsuliyyət daşıyır: əvvəla, hicabla bağlı yaranmış məsələdə aydın bir şəkildə cəmiyyətdə diskussiya təşikil edib, şəffaf bir müzakirələr aparıb məsələni həll etməyə cəhd göstəmir, əskinə cəmiyyətdə qarşıdurma yaradır. İkincisi, insanların sərbəst toplaşma azadlığını kobud şəkildə pozmasına və zorakılığa görə məsuliyyət daşıyır. 
Biz Müsavat Partiyası olaraq, bu zorakılıqlara, ifadə azadlığını, etiqad azadlığını kobud surətdə pozmasına qarşı etirazımızı bildiririk və hakimiyyətdən buna son qoyulmasını tələb edirik".

Sərdar Cəlaloğlu: "Polisin ictimai asayişi pozmayan insanlara qarşı zorakıılq tətbiq etməsi - hakimiyyət səlahiyyətlərini aşmaqdır"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
ADP sədri Sərdar Cəlaloğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Azərbaycanda öz hüququnu müdafiə edən istənilən adama qarşı təzyiqlər edilir. Həmçinin inanclı insanlar da son zamanlar vicdan azadlğının məhdudlaşdırlması ilə əlaqədar aktivləşiblər. Azərbaycanda ümumiyyətlə hər hansı bir azadlığın məhdudlaşrırlması pislənməlidir. Xüsusən də polisin ictimai asayişi pozmayan insanlara qarşı zorakıılq tətbiq etməsi - hakimiyyət səlahiyyətlərini aşmaqdır, dövləti cinayətdir. Ümumiyyətlə polisin xüsusi hallar istisna olmaqla, vətəndşlara zor tətbiq etməsi ənənəvi bir hal alıb".

Pənah Hüseyn: "Hicaba qarşı qadağanın heç bir izahı yoxdur. Polis zorakılığı isə demokratiyanın olmamasının göstəricisidir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
İctimai Palatanın Koordinasiya Şurasının üzvü, tanınmış siyasətçi Pənah Hüseyn baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Ümumiyyətlə bu ölkədə demokratiyanın olmamasının ən bariz nümunələrindən biri də kütləvi aksiyalara polisin zorakılıq tətbiq etməsidir. Demokratik dəyərlərə aidiyyatı olan adam heç bir halda bu cür halları qəbul edə biməz. Ümumiyyətlə hicabla bağlı qadağanın heç bir izahı da ola bilməz, o baxımdan da biz də bu azadlığın tərəfdarlarındanıq".

Mirmahmud Mirəlioğlu: "Təhsil Nazirinin canı çıxmalıdır, öz problemini özü həll etməlidir, polisi bura qatmalı deyil"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
KXCP sədri Mirmahmud Mirəlioğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "İstənilən yerdə istənilən aksiyanın keçirilməsi normaldır. Sadəcə olaraq, Azəbrcan polisi, Azərbaycan hakimiyyəti də bu tələbləri yerinə yetirməlidir, nəinki aksiyanı amansızlıqla yatırtmalı. 
Azərbaycanda təhsil sistemində böyük problemlər var, onlardan ən böyüyü də Misir Mərdanovdur. Korrupsiya ilə bağlı kampaniya başlayanda bəlli oldu ki, Misir Mərdanovun rəhbərlik etdiyi nazirlikdə, nazirliyin özünün verdiyi məlumata görə, 40 nəfər işçi saxta diplomla işləyirmiş. Belə saxtaklar təhsildə, saxtakar nazirlikdə, saxtakar nazirin özündə o qədər problemlər var ki, onlar aradan qaldırılmalıdır.
Ramil Usubov cənabları bunun fərqində olmalıdır ki, onun polisindən dəyənək kimi istifadə edilməməlidir. Polisin bugünkü fəaliyyətinə görə, cəmiyyətdə polisə qarşı ikrah hiussi yaranıb. Amma əksinə omalıdır, biz polislə fəxr etməliyik, o asayişin keşiyində durmalıdır.
Təhsil Nazirinin canı çıxmalıdır, öz problemini özü həll etməlidir, polisi bura qatmalı deyil.
Aksiyaçı nə edəcək? Gəlib haqqını tələb edəvək, şüarını deyəcək, qətnaməsini verəcək və çıxıb gedəcək. Bundan o tərəfə bir şey yoxdur. Bunu polislə dağıtmaqla Azərbaycan dövlətçilyinin imicinə ziyan gəlir, dünyada bizi vəhşi kimi tanıyırlar. Belə olmaz".

Hikmət Hacızadə: "Polis qəddarlığını və özbaşınalığını kəskin şəkildə pisləyirəm"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Politoloq Hikmət Hacızadə: baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Mən baş verən hadisədə polis qəddarlığını və özbaşınalığını kəskin pisləyirəm. İnsanların sərbəst toplaşmaq və öz fikirlərini demək hüquqları var. Əfsuslar olsun ki, bizim ölkədə bu hüquqlar pozulur. Mən bunu pisləyirəm".

Çingiz Sultansoy: "Dindarların aksiyası xüsusi qəddarlıqla dağıdılıb"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Jurnalist Çingiz Sultansoy baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Dindarların bugünkü aksiyası xüsusi qəddarlıqla dağıdılıb. Polis adekvat güc işlətməyib. Qanun qarçısında hamı bərabərdir. Belə rəftar yolverilməzdir".

Elxan Şahinoğlu: "İnsanların etiraz etmək haqqı tanınmalıdır"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Politoloq Elxan Şahinoğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "İnsanların sərbəst toplaşmaq hüququ qorunmalıdır. Məncə deyiləsi artıq söz yoxdur. İnsanların etiraz etmək haqqı tanınmalıdır".

Leyla Yunus: "Hakimiyyətlə vətəndaşlar arsında ünsiyyətin sanki yeganə üsulu polis dəyənəyidir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquq müdafiəçisi Leyla Yunus baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Azərbaycan artıq Avropa Şurasının və ATƏT-in üzvüdür, əslində isə bu rejim - polis rejimidir. Siz Bakıdan başqa heç bir rayonda küçələrdə bu qədər polis görə bilməzsiniz. Bu, onu göstərir ki, iqtidar öz vətəndaşları ilə ünsiyyətin yeganə üsulu polis dəyənəyidir".

Səidə Qocamanlı: "Polis zorakılığını pisləyirəm. Dialoq yerinə zorakılıq işlətmək və insaları həbsə atmaq çox ağır bir hadisədir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquq müdafiəçisiSəidə Qocamanlı baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "İlk növbədə, qadınlara qarşı zor təbiq etmək dözülməz bir haldır. İkincisi, oraya yığışanlar çox güman ki, öz hüquqlarını istəmək üçün yığılıblar, ona görə də onları dinləmək lazım idi. Çox təəssüf olsun ki, onlara qarşı dəyənək işlədildi. Problemi həll etmək üçün mütləq dialoq lazımdır, bir masa arxasına əyləşmək lazımdır. 
Polis zorakılığını pisləyirəm. Bizdə dinləmək mədəniyyəti azdır. Nazirlik tərəfindən kimsə onların qarşısında çıxmalı idi, onların bəyanatı ilə tanış olmalı idi. Onun əvəzinə zorakılıq işlətmək və insaları həbsə atmaq çox ağır bir hadisədir".

Şahvələd Çobanoğlu: "Bu, birmənalı şəkildə insan haqlarına hörmətsizlik, onun kobud şəkildə pozulmasıdır"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Jurnalist Çahvələd Çobanoğlu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Azərbaycanda ümumiyyətlə insanların sərbəst toplaşmaq azadlığına müdaxiləsi bir qayda olaraq, ənənəyə çevrilib. Bu, birmənalı şəkildə insan haqlarına hörmətsizlik, onun kobud şəkildə pozulmasıdır. Polis artıq uzun müddətdir ki, Azərbaycan əhalisinə qarşı zorakılıq edir. 
Təhsil Nazirliyi qarşısında əvvəllər də belə aksiyalar olmuşdu. Hakimiyyət hələ o vaxtlar bu problemi həll etməli idi. Hələ ki, nəyə görə hicablı məktəblilər dərsə buraxılmır, bunun əsasında nə durur, bilnimir. Çünki bu qadağanın Azərbaycan qanunlarında göstərilmiş bir izahı yoxdur. Mən qətiyyətlə aksiyanın belə dağıdılmasını pisləyirəm. İnsanlara verilən hər bir hüquq yerinə yetirilməlidir".

Fuad Həsənov: "Son dövrlərdə Azərbaycanda konstitusion hüquqlara qarşı sayğısızlıq artıb"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquq müdafiəçisi Fuad Həsənov baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Azərbaycanda sərbəst toplaşmaq azadlığı son dövrlərdə kəskin surətdə məhdudlaşdırılır, konstitusion hüquqlara qarşı bir sayğısızlıq var. Bu mənada Azərbaycanda özünüifadə azadlığı təmin olunmalıdır. 
Azərbaycan təcrid olunmuş bir ölkə deyil, beynəlxalq təşkilatlara üzv olan, öhdəliklər götürən bir ölkədir. Azərbaycan bu konvensiyalarda insan haqları sahəsində irəliləyişlər edəcəyinə söz verib. Amma bunun şahidi olmuruq".

Ərəstun Oruclu: "Həbs edilənlər qeyd-şərtsiz azad edilməli, zorakılıqları həyata keçirənlər qanunun tələbləri çərçivəsində cəzalandırılmalıdır"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Politoluq Ərəstun Oruclu baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Təhsil Nazirliyi qarşısında öz dini haqlarını tələb edən insanlara qarşı zorakılııq bir daha göstərdi ki, Azərbaycan hakimiyyətinin ümumbəşəri dəyərlər, hüquq və azadlıqlar anlayışı zorakılıq çərçıvəsindən kənara çıxa bilmir. Görünən budur ki, artıq ölkədə təcili siyasi dialoqa başlamaq zərurəti yaranıb. Təəssüf ki, hakimiyyət nümayəndələri bir çox hallarda dialoq təkliflərini kobud və səviyyəsiz ifadələrlə rədd etməklə, ölkəni total zorakılığa çəkməyə cəhd edirlər. Belə cəhdlərin qarşısı ölkənin siyasi rəhbərliyi tərəfindən qətiyyətlə alınmazsa, bu tendensiya Azərbaycanı böyük fəlakətlərlə üzləşdirə bilər. Hakimiyyət bunu dərk eləməli və ölkə vətəndaşlarının bütün fundamental hüquq və azadlıqlarını bərpa etməli, siyasi motivlərlə həbs edilənləri qeyd-şərtsiz azad etməli və bu zorakılıqları həyata keçirənləri qanunun tələbləri çərçivəsində cəzalandırmalıdır. Əks təqdirdə, ölkədə nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün olmayacaqdır".

Ənnağı Hacıbəyli: "Polisin belə zorakılığı həm sərbəst toplaşmaq haqqında, həm də polis haqqında qanuna ziddir"
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Hüquqşünas Ənnağı Hacıbəyli baş verənlərlə əlaqədar "Deyerler.org"a danışıb: "Sərbəst toplaşmaq azadlığı haqqında qanuna uyğun olaraq vətəndaşlar İcra hakimiyyətini əvvəlcədən xəbərdar edərək istənilən yerdə aksiya keçirə bilərlər. Lakin icra hakimiyyətinə xəbərdarlıq edilməsə belə, bu, qanuna zidd deyil. Hər bir halda Avropa Məhkəməsinin qərarlarına və presedent hüquqlarına görə, toplantı yalnız o vaxt qanunsuz sayılır ki, orada zorakılıq nümayiş etdirilsin. Lakin bugünkü aksiyada vətəndaşlar sərbəst toplaşmaq azadlığından istifadə ediblər. Polisin hərəkətləri tamamilə qanunsuzdur - istər həbslərlə bağlı, istərsə də zorakılqla bağlı hərəkətləri. Şəkillərdən də görünür ki, hətta bir neçə nəfərin sifətindən qan axır. Bu da polisin kifayət qədər güc tətbiq etməsini göstərir. Bu isə həm polis haqqında qanuna, həm də sərbəst toplaşmaq haqqında qanuna ziddir".

Ombudsman hicabla bağlı aksiyaçılara qarşı edilən zorakılığı deyerler.org-a şərh etdi
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
Azərbaycan Respublikasının İnsan haqları üzrə müvəkkili - ombudsman Elmira Süleymanova baş verənlərlə əlaqədar "Deyerler.org"a münasibətini açıqlayıb: "Bizə də bu haqda telefon zəngləri olmuşdu. Biz hadisə ilə bağlı DİN-ə zəng etdik və vəziyyəti soruşduq. Onlar dedilər ki, saxlanılan şəxslərə qarşı heç bir zorakılıq göstərilməyib. Amma bizim nümayəndəmiz onlarla görüşəcək və sizə məlumat verəcəyik. Belə hallarda adətən biz özümüz həmin şəxslərlə görüşürük və DİN-ə müraciət edirik. Əgər zorakılıq tətbiq edilibsə, DİN-dən bu zorakılığı törədən insanların axtarılıb tapılmasını və cəzalandırılmasını tələb edirik".

Gözəl Bayramlı: “Qadınlara qarşı polis zorakılığını qəti şəkildə pisləyirik”
Ölkə ictimaiyyəti inanclı insanların dinc aksiyasına qarşı polis zorakılığını qəti şəkildə pislədi
İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı dinc aksiya zamanı aksiyaçılara, xüsusilə də qadınlara qarşı amansız polis qəddarlığını kəskin pisləyib: “Mən bu zorakılığı qəti şəkildə pisləyirəm. Hər hansı məsələyə görə etiraz etmək - vətəndaşların öz hüququdur. O cümlədən hicaba qadağa ilə bağlı bugünkü aksiyada aksiyaçılara, xüsusilə də qadınlara qarşı polisin zorakılığını pisləyirik. Hər cür zorakılıq, qəddarlıq və həbsləri pisləyirəm və hesab edirəm ki, bunların hamısı yolverilməzdir. Sərbəst toplaşma haqqında qanunda hər kəsin öz fikrini azad ifadə etmək hüququ var. Mən Azərbaycan polisinin, hakimiyyətinin bugünkü hərəkətini vicdan azadlığına qarşı zorakılıq kimi, vətəndaşlara qarşı zorakılıq kimi dəyərləndirirəm. Həbs olunanların dərhal azad edilməsini tələb edirik”.



deyerler.org

Комментариев нет:

Отправить комментарий